Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhər seksi idmandan daha faydalıdır

Əvvəlki yazılarımızda sizə seksin insan orqanizminə təsiri barədə mütəxəssis araşdırmalarını təqdim etməyə çalşmışdıq. Bu dəfəki məqaləmizdə də bu mövzuda sizi maraqlandıra biləcək daha bir faktdan söhbət açmaq istəyirik.

Rusiyada androloq-seksoloqların apardığı araşdırma nəticəsində belə məlum olub ki, səhər günə sekslə başlamaq insan səhhətinə olduqca müsbət təsir edir.

Bu nəticəyə gəlmək üçün alimlər iki min kişi və qadın üzərində təcrübə keçiriblər. Təcrübə nəticəsində müşahidə edilib ki, günə sekslə başlayanların əhval-ruhiyyəsi digərləri ilə müqayisədə daha yüksək olur. Səhər yaşanan cinsi əlaqə insanın müxtəlif xəstəliklərə qarşı immunitetini artırır və daha gec xəstələnməsinə şərait yaradır.

Alimlər 1 ay ərzində eyni cütlüklər üzərində təcrübə aparıblar. Təcrübə nəticəsində 2-3 həftə ərzində hər səhər sekslə məşğul olan insanların dərilərinin səpki və sızanaqlardan təmizlənməyə başladığı da görülüb.
25-37 yaş arası kişi və qadınların iştirak etdiyi bu eksprimentdə hər səhər yataqda intim münasibətə təxminən 10 dəqiqə ayıran şəxslərin dərisinin daha da təravətləndiyi, saçlarının möhkəmləndiyi üzə çıxıb. Təcrübədə iştirak edənlər hətta səhər seksinin onları qripə yoluxmadan qoruduğunu, gün ərzində özlərini daha gümrah hiss etdiklərini bildiriblər.


Tarix: 06.01.2015 / 19:09 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Kişi yataqda
loading...