Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cazibədar görünmək üçün düzgün geyin

Qadınların kişiləri bezdirən suallarından biri “Bu geyim məni kök göstərmir?”. Yəqin ki, çoxumuza heç olmasa bir dəfə qadınlar tərəfindən belə sual ünvanlanıb. Bu hal hər nə qədər sizi bezdirsə də, xəbəriniz olsun ki, əziz kişilər, əslində bu məsələdə qadınlar o qədər də haqsız sayılmaz. Stilistlər məhz bu səbəbə görə geyim seçərkən alıcıları daha diqqətli olmağa dəvət edirlər. İndi stilistlərin fikrincə, bizi kök göstərən geyimlərə diqqət yetirək.
Mütəxəssislər hesab edirlər ki, qadınlara nisbətən kişilər bu məsələdə daha çox səhvə yol veririlər və nəticədə onlar olduqlarından 3-5 kq daha kök görünürlər. İndi həmin geyim səhvlərinə nəzər salaq:
Xəbəriniz olsun ki, çox iri naxışları olan və böyük toxumalarla tikilən geyimlər sizi daha kök göstərir. Arıq və ya sadəcə olduğunuz kimi görünmək istəyirsinizsə, xırda naxışlı geyimlərə üstünlük verməyiniz lazımdır.
Eninə cızıqları olan şalvarlar. Belə şalvarlar sizin bud nayihənizi daha kök göstərəcək və heç vaxt arzulamadığınız vizuallıq yaradacaq.
Köynəyi şalvarın işinə salmaq. Geyindiyiniz köynəyi şalvarın üzərinə çıxarmaq artıq çəkiləri gizlətmək üçün ən klassik, amma bir o qədər də işəyarayan üsullardan hesab edilir. Amma bu zaman əgər köynəyin üzərinə çox dar jilet, pencək geyinsəniz, artıq çəkilərinizi daha çox biruzə verəcəksiniz. Belə ki, adi bir hərəkətinizlə jilet və pencəyiniz köynəyiniz yuxarı qaldıracaq və qarın bölgənizdə əlavə qırışıqlar meydana gələcək.
Çox düyməli pencəklərdən qaçın. Pencəklərimizin əksəriyyətində yuxarıdan aşağıya doğru dörddən çox düymə var. Əgər siz qarın nayihənizdə gizlədilməsi lazım olan artıq çəkilərin olduğunu düşünürsünüzsə, bunun əvəzinə iki düyməli pencəklərə üstünlük verin.
Bədənimizə uyğun olmayan geyimlər. Geyimlərinizin nə çox dar, nə də çox enli olmamasına diqqət yetirin. Əgər şalvarınızı geyindikdən sonra onunla qarnınız arasında bir barmaq qədər məsafə varsa, deməli düzgün geyim seçmisiniz.
Rəng uyğunluğuna diqqət edin. Geyindiyiniz geyimlərin maksimum dərəcədə bir-biri uyğun olmasına çalışın. Bu uyğunluq yalnız şalvar və köynəyə aid deyil, həmçinin kəmər uyğunluğu da bura daxildir. Yalnış rəngləri uyğunlaşdırmağınız sizin vizual görüntünüzə xələl yetirdiyi kimi, həm də çəkinizdən artıq görünməsinə şərait yaradır.

Bu qədər, əziz kişilər. Daha mükəmməl görünüşə sahib olmaq üçün çalışın ki, dəb yeniliklərini, stilist məsləhətlərini, xüsusilə də kişi.az saytını mütəmadi olaraq izləyəsiniz.


Tarix: 07.01.2015 / 12:58 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Kişi Tərzi
loading...