Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi aksesuarlarının mənası

Əziz kişilər, əgər qadınların geyiminə diqqət yetirsəniz, onların günlük geyimlərində belə müxtəlif aksesuarlardan istifadə etdiyini görərsiniz. Qəbul edək ki, bu aksesuarlar onların gözəlliyinə əlavə gözəllik qatır və daha incə, zövqlü görünmələrinə şərait yaradır. Eləcə də bizim üçün olan aksesuarlar düzgün geyimlərlə uyğunlaşdırdığımız halda qarşı tərəfin gözündə eyni cür görünür. Buna görə də bu dəfə geyiminə qarşı xüsusi diqqətlə yanaşan bəylərimizə aksesuarların əhəmiyyəti haqqında danışmaq istəyirik.

•Əvvəlcə başlayaq qol düymələrindən. Bir çoxunun əhəmiyyətsiz hesab etdiyi bu incə detal diqqətlə seçildiyi halda sizin ciddiliyinizə, yaraşığınıza əlavə şıqlıq qatacaq. Əmin olun ki, hətta ən sadə köynəyinizlə uyğunlaşdırdığınız düzgün qol düymələri axşamkı şam yeməyində qarşı tərəfin gözündən yayınmayacaq.

•Qalstuk isə seçdiyiniz müxtəlif geyimləri bir-biri ilə uyğunlaşdırmağınıza kömək edir. Seçdiyiniz sport və ya klassik qalstuklar ətrafdakılara stilinizi tanıtmaq baxımından olduqca əhəmiyyətlidir. Bu seçim zamanı çalışın ki, onun naxışları, rəngi ilə köynək və şalvarınızın rəngləri bir-birinə uyğun olsun. Zolaqlı qalsuklardansa, daha yaradıcı, orjinal qalstuklar istifadə etməyə çalışın.

•Cib dəsmalı istifadə edəcəksinizsə, onun qalstukunuzla uyğun olmasına çalışın. Bu zaman bütün naxışlar eyni olmasa da, əz azından rəng uyğunluğu gözlənilməlidir. Cib dəsmalı istifadə edərkən diqqət etməli olduğunuz məqamlardan biri isə onun formasıdır. Seçdiyiniz müxtəlif görünüşlü, formalı qalstuk sizi həm klassik, həm idman stilli göstərə bilər.

•İstifadə etdiyiniz çantanın görünüşünə diqqət yetirin. Parıltılı, klassik çanta ilə müxtəlif hissələrində cibləri, tikişləri olan çantaları düzgün geyimlə uyğunlaşdırmağa çalışın.

•Ayaqqabı və kəmər uyğunluğuna xüsusi diqqət yetirin. Seçdiyiniz köynək, şalvar bir-birinə nə qədər uyğun olsa da, bu görünüşü yalnış ayaqqabı ilə heç edə bilərsiniz. Ayaqqabınızın bahalı olması lazım deyil. Əsas olan onun geyiminizlə uyğunluğu və təmiz, səliqəli olmasıdır.

•Heç pencəyinizin üzərindəki qol düymələrinin mənası haqqında düşünmüsünüz? Pencəkdəki qol düymələrinin quruluş forması və sayı sizin nüfuzunuzun önəmli bir hissəsidir.

•Corabın rəngi və boyu. Corablarınızın şalvar və ya ayaqqabınız ilə uyğun olmasına çalışın. İş görüşlərində rəngli, naxışlı corab geyinməyin. Klassik geyimlə uzunboğaz ayaqqabı geyinməyiniz mütləqdir.

•Seçdiyiniz geyim ilə uyğunlaşdıracağınız saat digər aksesuarlardan istifadə etməsəniz belə, sizin haqqınızdan çox şey söyləyə bilər. Başqa heç bir aksesuardan istifadə etməyəcəksinizsə, geyiminizi tamamlayacaq brend saatlara üstünlük verin.

•Və sonda unutmayın ki, cibinizdən çıxaracağınız hər şey bilavasitə sizin imicinizə təsir göstərir. Buna görə də istifadə etdiyiniz pul qabının, qələmin keyfiyyətinə, geyiminizlə uyğunluğuna da xüsusi həssaslıqla yanaşın.


Tarix: 07.01.2015 / 12:54 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Kişi Tərzi
loading...