Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlara bu sözü öyrətməyin

Uşaqlar hansı yaş dövründə yalan danışmağa başlayır. Bu zaman uşaqlarla necə daranmaq lazımdır?
Hər bir valideyn uşağını yaxşı tanımalı və kəşf etməyi bacarmalıdır. Xəyal qurduğu şeylərdən danışarkən, dediklərinin yalan olduğunu söyələyib qəlbini qırmaq olmaz. Mütəxəsislər bildirir ki, uşaqların danışdıqlarını yalan kimi qəbul etmək əslində düzgün deyil. Çünki onların danışdıqları xəyal dünyasının məhsulu olur və uşaqların yaradıcılıq qabiliyyətinin artmasında rol oynayır.

Yalan söylədiyini iddia etməyin!
Uşaq ciddi yalan danışmırsa, sadəcə uydurduğu hekayələri danışırsa, onu yarımçıq kəsib yalan danışdığını deməyin. Çünki bu uşaqların inkişafına mənfi təsir göstərir. Yalan danışmaq ona daha rahat gələ bilər və irəliləyən yaşlarda tez-tez yalan danışmağa başlayar.

Bəs, xəyal dünyasının məhsulu olan hekayələr deyil, ciddi şəkildə yalan danışmağa başlayan uşaqlarla necə rəftar etmək lazımdır?
Davamlı olaraq yalan danışmağa başlayan uşaqların üzərinə çox getmək olmaz. Çünki uşaqlar onlara deyilənin əksinə getməyi xoşlayır. Uşağı yalan danışdığına görə tez-tez danlamaq yerinə, bunun səbəblərini araşdırmağınız məsləhət görülür. Öz hərəkətlərinizə və sözlərinizə də diqqət yetirin. Çünki uşaqlar yalan danışmağı çox zaman valideynlərdən öyrənir. Yalan danışmağın dini cəhətdən də yaxşı qarşılanmadığını və yalan danışarsa, cəzalandıracağınızı söyləyin. Bu zaman uşaqda qorxu yaranacaq və yalan danışmağı nisbətən tərgidəcək.


Tarix: 03.01.2015 / 14:08 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Körpəyə qulluq
loading...