Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidada qatıq

Qatıq 4 və 6. aylarda körpənizə verəcəyiniz ilk əlavə qidalar arasında yer ala bilər. Qatıq bəzi körpələrdə qaz yarada bilər. Lakin sizin uşağınızda qaz yaratmaya bilər də. Bunun üçün sınamağnız lazımdır. Əgər körpəniz çox narahat olmuşsa ara verib bir neçə gün sonra təkrar yoxlayın. Bir yaşına qədər körpələrdə inək südü tövsiyə edilmədiyi üçün, qatığa nə qədər erkən başlarsınızsa o qədər yaxşı olar. Körpənizə verəcəyiniz qatığın evdə edilmiş olmasına diqqət yetirin.

Quruluşu: Əli yandırmayacaq dərəcədəki ilıq südə, bir litr süd üçün bir yemək qaşığı qatıq əlavə edin və qarışdırın. İstilik itkisini önləmək üçün üzərini yaxşıcaə sarmalayın. 5-6 saat içində süd, qatığa çevrilər. Bir gün soyuducunda gözlədə bilərsiniz. Körpəniz üçün hər gün təzə qatıq etməyə diqqət yetirin. Marketdən qatıq alsanız, qaymaq qisimini ayırıb elə yedirin.


Tarix: 03.01.2015 / 12:41 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Körpəyə qulluq
loading...