Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Analar və qadınlar üçün tövsiyələr

Analar və qadınlar üçün tövsiyələr

Analar və qadınlar üçün tövsiyələrHəmiləlik zamanı qalınların çoxunda ürəkbulanması baş verir Adətən səhərlər baş verən bu halın qarşısını almaq üçün, bir sıra tədbirləri yerinə yetirmək məsləhət görülür: ürəkbulanma səhərlər yataqdan qalxarkən üz verirsə, yuxudan oyanan kimi qalxmağa tələsməmək, az sonra yavaş-yavaş yataqdan qalxmaq məsləhətdir Yeməyə iştaha varsa, səhər yeməyini yeyib bir müddət istirahət etmək yaxşıdır, az-az, lakin tez-tez yemək və turşməzə meyvə şirəsi içmək unudulmamalıdır Ilıq halda olan maye, adətən ürəkbulanmaya kömək etdiyindən ilıq su, ilıq meyvə şirəsi və s içmək olmaz Həm də çox yağlı xörəklərdən pəhriz saxlamalı, mayedən daha çox istifadə etməli, mürəbbə, meyvə yemək lazımdır
Həmiləlik dövründə bə”zən bir sıra qidalara qarşı böyük meyl yaranır Bu meyl daha çox turş şeylərə, hətta bə”zən də tabaşirə, kömürə qarşı da şiddətli olur Hamilə qadınlar gündəlik yeməklərində lazımi qida maddələri ilə tə”min olunsalar, onlarda bu meyl azalır
Həmiləlik zamanı bağırsaq quruluğu və qəbzlik halları baş verir Səbəbi ana bətnində olan uşağın bağırsaqlar üzərinə təzyiq göstərməsi, bununla da onların fəaliyyətinin azalmasıdır Bunun qarşısını almaq üçün qida rejimini tənzimləmək, daha çox maye işlətmək, açıq havada gəzmək, yeməkdən sonra 1 çay qaşığı zeytun yağı içmək məsləhətdir

Hamiləlik zamanı təngnəfəs olma halları baş verərsə bir qədər hərəkət etmək, açıq havada gəzmək, yataq otağının havasını həmişə təmiz saxlamaq vacibdir
Əllərdə, ayaqlarda üz verən mülayim qaşınma hallarının qarşısını almaq üçün, qadınlara ilıq su ilə hamamlanmaq, yemək rejimində müəyyən pəhrizlər gözləmək, yumurta, balıq, çiyələk və bir çox ədviyyələr yeməmək məsləhətdir Hamiləliyin son dövründə bə”zən qadınlar mə”də göpündən narahat olurlar Belə hallarda, əsasən, pəhriz saxlamaq, kələm, xiyar, badımcan, qızardılmış xörəklərdən az istifadə etmək lazımdır Həmilə qadınlarda ayaq ağrısı, daha doğrusu bud nahiyəsində ağrılar müşahidə edildikdə ayaq üstə çox dayanmaqdan, dar paltar geyməkdən çəkinmək lazımdır Yatan zaman həmişə böyrü üstə uzanmaq olmaz Ağrılar çox olarsa, xüsusilə gecə vaxtı baş verərsə, zeytun yağı ilə masaj etmək məsləhətdir

Hamiləlik zamanı qida rejimi
Həmiləlik dövrü lazımi qida maddələrindən faydalanmaq həm ananın, həm də uşağın sağlamlığını və gözəlliyini qoruyub saxlayır Klassik təbabətdə belə fikir vardır ki, hamilə qadının yeməyi adi qadının yeməyindən 2 dəfə çox olmalıdır Lakin bu çoxluq kəmiyyət baxımından deyil, keyfiyyət baxımından nəzərə alınmalıdır Həkimlərin nəzərincə uşağın sağlam doğulması üçün, hamilə qadın öz qida rejimini gözləməlidir
Gündəlik yeyilən yeməklərin tərkibində yağ və şəkər ilə yanaşı, mineral maddələr də olmalıdır Bu, orqanizmin tam inkişaf və fəaliyyətini tə”min etməklə yanaşı, ana bətnində olan uşağın da lazımi maddələrdən faydalanmasına imkan verir Uşaq və ana üçün lazım olan mineral maddələr göyərti və meyvələrin tərkibində çoxdur
Hamilə qadınlar üçün nəzərdə tutulan qida maddələrini altı qrupa bölürlər:

Birinçi qrup – süd və süd məhsulları Həmiləlik zamanı süddən çox istifadə etmək məsləhət görülür, daha çox süd məhsullarından istifadə etmək, yay zamanı qatıq yemək çox xeyirlidir

Ikinci qrup – tərəvəzlər Ispanaq, kahı, kələm, lobya, noxud, göy bibər, yerkökü, xiyar, soğan, çuğundur, turp, badımcan Bunların tərkibində bədənə lazım olan qida maddələri vardır Onlardan bə”ziləri çiy, bə”ziləri isə bişmiş şəkildə məsrəf olunur

Üçüncü qrup – meyvələr Buraya təqribən bütün meyvələr, eyni zamanda sitruslar daxildir

Dördüncü qrup - ət, balıq, quş əti, yumurta Hamilə qadın öz sağlamlığını saxlaması və sağlam uşaq doğması üçün, anada qan azlığı və zəiflik üz verməsin deyə, lazımi miqdarda ət məhsullarından da istifadə etməlidir

Beşinci qrup – çörək məhsulları Həmiləlik dövrü təkçə ağ buğda unudan hazırlanmış çörək deyil, arpa, çovdar və başqa dənli bitkilərdən hazırlanmış çörək, fətir və digər mə”mulatlar işlətmək olduqca faydalıdır

Altıncı qrup – yağlar Kərə yağı və bitki yağlarının lazımi miqdarda işlənməsi, orqanizmin sağlamlığı və zəifləməməsi üçün olduqca zəruridir
Ümumiyyətlə, hamilə qadınlar qida rejimində lazım olan, bütün qida maddələrindən ehtiyac daxilində faydalanmalı, lakin yağ və ət məhsullarının işlənməsində müəyyən qədər ehtiyatlı olmalıdırlar Gündəlik yeməkdə süd, ət, yağ, çörək, meyvə və tərəvəz işlənməli, imkan daxilində gec və çətin həzm olunan qida maddələri, çox yağlı yeməklər, təzə şirniyyat, çox şor və duzlu xörəklər az istifadə olunmalıdır

Ana südü
Ana südü uşaqlar üçün əvəzedilməz qida maddəsidir Ana südünün azlığı və ya olmaması, uşaqların sağlam və təbii inkişafına mane olur Ona görə də hələ qədimdən ana südünü artırmaq məqsədilə müxtəlif qidalardan çox istifadə etmişlər
Ana südünün artırılması və tərkibinin yaxşılaşması üçün səməni xalvası işlədirlər Buna bə”zən suhan və ya İsfahan halvası da deyilir Uşaqlara süd verən analar üçün lazımi qida maddələri, paxlalı bitkilərdə daha çox olur Bu baxımdan paxla, lobya, noxud və maş faydalı qida maddələri hesab edilir Pərpərən də süd verən analar üçün məsləhətdir Analar südü artırmaq üçün inək və ya keçi südü işlətsələr yaxşı olar Bu baxımdan münasib bitki kimi razyana, kərəviz və cirəni də göstərmək olar Südün tərkibinin uşağın orqanizminə lazım olan, bütün qida maddələri ilə tə”min olunması üçün ananın yeməyi rəngərəng olmalıdır
Südü az olan analar müntəzəm çay içməli, sulu meyvələr və bostan bitkilərindən çox istifadə etməlidir Müxtəlif çeşiddə yemişdən, qarpızdan istifadə etmək olar Şirin meyvələr – tut, üzüm, armud çox xeyirlidir Meyvələrin şirəsindən istifadə etmək daha yaxşıdır Bunlarla yanaşı müxtəlif şərbətlər də işlətmək məsləhətdir Gül şərbəti, bənövşə şərbəti faydalı hesab edilir Süd verən analar südün tərkibini yaxşılaşdırmaq məqsədilə zeytun, qoz, badam və ya onun şirəsini işlədə bilərlər Badam şirəsi belə hazırlanır: bir ovuc badamı yarımisti suda bir qədər saxladıqdan sonra qabığını soyur, bir qədər su əlavə edib, onları həvəngdə döyür, xəmir halına salırlar Sonra həmin miqdarda balı su ilə qatıb şərbət düzəldir və badam xəmirini də ona əlavə edərək, tam həll olana qədər qarışdırırlar Alınan şirəni süzgəcdən keçirib işlədirlər Süd verən analar, həmçinin yeralması, sirkə ilə kahı yesələr südləri artar və tərkibi yaxşılaşar Süd qatı olarsa, təzə çəkilmiş limon şirəsi işlətmək tövsiyə edilir
Süd yolları tutularsa və döş şişərsə, mərcimək unu və kələm yarpağı ilə təpitmə qoymaq məsləhətdir Faydalı təpitmələrdən biri də cə”fəridən hazırlanır Həmçinin bu zaman, reyhanı iki gecə-gündüz gülab içərisində saxlayır, sonra həmin su ilə kompres düzəldib, sinəyə və döş üzərinə qoyurlar Həmin reyhandan, həmçinin təpitmə kimi də istifadə edirlər

Qadınların gigiyenası
Aybaşını çətin keçirən qadınların, 15q razyana toxumunu 1L suda dəmləyib, hər yemək zamanı 1 fincan içməsi faydalıdır
Tərxun həm gigiyena, həm də aybaşını tənzimləmək baxımdan xeyirlidir Bətni təmizləmək üçün 3–4 ədəd heyva doğrayıb, 1L suda yarım saat qaynadır və istifadə edirlər
Aybaşını tənzimləmək üçün 15q zə”fəranı 1L suda dəmləyib gündə 2–3 dəfə işlədirlər Bu baxımdan qaraçörək otu və qara zirə də faydalıdır Ağ gicitkən bətnidə olan qanaxma v başqa iltihablı proseslərə qarşı tə”sirli vasitədir Onun 30q quru çiçəyini 1L qaynanmış suda dəmləyərək işlədirlər Bətn üçün xeyirli bitkilərdən həmçinin qırxbuğum bə göy soğan göstərilə bilər Cə”fəri gigiyena baxımdan bətni saflaşdırdığına görə, kasnı qanı təmizləməklə, əncir isə qan dövranını tənzimləməklə qadınlar üçün faydalı hesab edilir


Tarix: 03.01.2015 / 11:26 Müəllif: Aziza Baxılıb: 215 Bölmə: Körpəyə qulluq
loading...