Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeni doğan körpə necə geydirilməli

Yeni doğan körpənin paltarlarının təri əmən, dərinin havalanmasını təmin edən, tüklü olmayan, pambıqlı parçalar olmasına diqqət ediməli. Yumşaq, az tikişli və mümkün olduğu qədər üzərində metal və ya sərt parçalar saxlamamasına diqqət göstərilməli. İlk aylarda iç geyim üçün dərilər seçim edilə bilər. İlk aylarda şapka əlcək və corab mütləq geydirilməlidir.

Körpələrin əlləri və ayaqları ümumiyyətlə soyuq olacağından üşüyüb üşümədiyi sinə və ya kürəyindən nəzarət edilməlidir. Körpələr böyüklərə görə bir qat daha çox geydirilməli və yatarkən də üstünün örtülməsi uyğun olar. Geyimlər körpənin hərəkətlərini məhdudlaşdırmamalı. Körpənin möhkəmcə qundaqlanması körpənin nəfəs almasını və omba oynağının inkişafını maneə törədə bilər. Əmizdirərkən tutmağı asanlaşdırmaq üçün körpənin qolları örtüləcək şəkildə zəifcə sarıla bilər. Körpəyə hər təmas əvvəli əllərin təmiz olduğundan əmin olunmalıdır.

Körpə üçün ən uyğun otaq istiliyi
Körpə üçün ən uyğun mühit istiliyi yeni doğan dövründə 24 dərəcə ilə 26 dərəcə, sonrakı dövrdə 22-24 dərəcə arasıdır. Körpələr 2-3 aylıq olana qədər ətrafdakı istilik dəyişikliklərindən tez təsirlənərlər. Açıq qapı və pəncərələrdən hava axını olmamasına diqqət edilməlidir. Ayrıca körpə sobaya və qızdırıcılara çox yaxın yatırdılmamalıdır. Otağının günəş alması, hər gün ən az 15 dəqiqə havalandırılması lazımdır. Bu əməliyyatın hava çirkliliyinin az olduğu saatda edilməsi uyğundur.


Tarix: 30.12.2014 / 18:01 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Körpəyə qulluq
loading...