Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl-Kafidə arxadan cinsi əlaqə haqqında. Allah Akba

Səffan ibn Yahyadan, imam Rzaya dedi: “Sənin tərəftarlarından biri bir məsələni səndən soruşmağı mənə əmr etdi. Özü səndən soruşmaqdan utandı”. (İmam) dedi: “Nə məsələdir?” (Ravi): “Kişi öz qadını ilə arxadan (yaxınlıq edir) olur”. (İmam): “Olar”. (Ravi):”Sən bunu edirsən?” (İmam): “Yox biz bunu etmirik”(“Kəfi” 5 cild, 540-cı səhifə)

Sistaninin bir fətvasına görə ancaq arvadın razılığı ilə anusdan (arxadan) cinsi əlaqədə olmaq caizdir. Halbuki Peyğəmbər (s.ə.s) hər iki halda da (yəni kişinin və ya qadının razılığı) bunu haram qılmışdır! Quran ayəsi də bunu haram qılmışdır!

(Ey mö’minlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. Tarlanıza istədiyiniz şəkildə yaxınlaşın! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver! (2:223)

Yəni, qadınların övlad əkdiyi yer ancaq vaginadır, normal cinsi əlaqə yolu. Arxa (anus) övlad əkilən yer deyil ki, oradan cinsi əlaqə caiz olsun


Tarix: 19.11.2013 / 02:15 Müəllif: Akhundoff Baxılıb: 980 Bölmə: Islamda Cinsellik
loading...