Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Teymur Rəcəbov

Teymur Rəcəbov (12 mart 1987, Bakı, Azərbaycan SSR) — Azərbaycanın aparıcı şahmatçılarından biri, beynəlxalq dərəcəli qrossmeyster (2001).

Həyatı

Teymur Rəcəbov 14 yaşında ikən dünyanın ən gənc qrossmeysteri olma rekordunu yeniləmişdir və şahmat vunderkindi hesab olunur.

Yüksək səviyyəli şahmatdakı ilk nailiyyətini 2003-cü ildə Qarri Kasparovu Linaresdə qara fiqurlarlara udaraq əldə etmişdir. Bu qarşılaşma həmin il Linares-də ən yaxşı oyun mükafatına layiq görülmüşdür. Bu nəticəyə görə Rəcəbov şahmat tarixində dünya 1-cisini məğlub edən ən gənc şahmatçı hesab olunur.

Teymur Rəcəbov Veselin Topalova qarşı (Bilbao, 2008)

Həmin il Teymur Vişvanatan Anandı və Ruslan Ponomaryovu qara fiqurlarlara məğlub etmişdir. Bu nəticə ilə birlikdə isə Rəcəbov 1 ildə üç FİDE dünya çempionunu məğlub edən yeganə şahmat ustası hesab edilir.

2004-cü ildə FİDE dünya çempionatında yarım finala yüksəlmişdir.

2005-ci ildə güclü Dos Hermanas turnirini qazanmış və həmin il Avropa çempionatında 2-ci olmuşdur.

2006-cı ildə Linares-də hazırkı dünya çempionu bolqar şahmatçı Veselin Topalovu məğlub etmiş (qara fiqurlarla) və turniri 2-ci bitirmişdir.

2007-ci ildə, XIX kateqoriyalı Korus turnirinin ortaq qalibi olmuşdur.

2011-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə ilə ailə həyatı qurmuşdur


Tarix: 11.01.2013 / 14:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 485 Bölmə: Idmançılar
loading...