Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələkbər Məmmədov (məşqçi)

Ələkbər Məmmədov — (9 may 1930, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu və məşqçi, hücümçu, SSRİ-nin əməkdar idman ustası (1960), SSRİ-nin əməkdar məşqçisi (1990).

Bioqrafiyası

Ələkbər Məmmədov Bakının "Neftyanik" (1948—1953, 1960—1962), Moskvanın "Dinamo" (1954—1959) komandalarında oynamışdır. SSRİ-nin yüksək liqasında 185 oyun keçirmiş, 56 qol vurmuşdur. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olmuşdur. Beynəlxalq oyunlarda iştirak etmişdir. SSRİ yığma komandasının tərkibində 1958—1959-cu illərdə 4 oyun keçirmişdir. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır. Bakının Neftyanik komandasının, Azərbaycanın yığma komandasının məşqçisi olmuş, Bakının ali təhsil müəssisələrində işləmişdir. Hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyasının idman hazırlığı kafedrasının müdiridir.


Tarix: 11.01.2013 / 14:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 359 Bölmə: Idmançılar
loading...