Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsgərlik oğraşlıq məktəbi olub!

Bu sistem içiboş, başından yırtıq,
Çoxunu edibdir həyasız, sırtıq.
Əvvəllər kişilik idisə, artıq,
Əsgərlik oğraşlıq məktəbi olub..!
Orduda şərəfsiz nə qədər
çoxdur?!
Haqqı söylədimi?! Zindana soxdur!
Kişilik sözünün "k" hərfi yoxdur.
Əsgərlik oğraşlıq məktəbi olub..!
On adam birləşər, döyərlər səni,
Haqqı axtararsan, yeyərlər səni.
“Suka” çağırarlar, söyərlər səni.
Əsgərlik oğraşlıq məktəbi olub..!
Hər 3 ay böyük bir dəstə qayıdır.
Sağlam gedənlər də xəstə qayıdır.
Bəzən də mafanın üstə qayıdır.
Əsgərlik oğraşlıq məktəbi olub..!
Vətən övladını öldürən düşmən,
Erməni axtarma o biri tayda sən,
Ən əclaf, ən böyük erməni
sənsən!!
Əsgərlik oğraşlıq məktəbi olub..!
Fağırın, kasıbın gözün oyursa,
Ətini didirsə, dərin soyursa,
Ananı bir ömür ağlar qoyursa
Əsgərlik oğraşlıq məktəbi olub..!
Əvvəl daydaylılar gəlib seçilir,
Nə zibil etsələr, ötüb keçilir,
Yetim balasının qanı içilir,
Əsgərlik oğraşlıq məktəbi olub..!
Ordu alçaqlarla bele dolubsa,
Çox cavan hərbiyə gəlib solubsa,
Əsgər ən “poslednıy” adam
olubsa,
Əsgərlik oğraşlıq məktəbi olub..!
Ay sənin hərbinə, komadirinə!!!
Ayıbdır, getməyim daha dərinə,
Sadəcə tüpürüm orta yerine...
Əsgərlik oğraşlıq məktəbi olub..
Göndərdi: Sovet Şairi


Tarix: 15.01.2013 / 10:29 Müəllif: [Ram] Baxılıb: 634 Bölmə: Ibretamiz şerler
loading...