Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HOSTçu

(verse:Qaraqan)
Boz küçəylə addım addımın dalıyca,gözünü günəşə bağlıyıb,
Titriyir gülüş, Dodaqlarında gözlər ağlıyır
Axtarır Allahı bu tənhalığı boğmaq üçün amma ayağlar donur saxlıyır
Zamanla qaçdı tuttu oynuyur ölümlə gizlənpaç
Onun nə ümidi var nə qorxusu o vəhşi həm də ac
O bezib,insanların saxta gülüşlərinə tab gətirmir
Bu nə zaman ki dolur tarix ama heç bir ad gətirmir
O evdən qaçıb dostlar indi ailədən yaxın
Gözlərin açıb , kipriylərini qırpmadan baxır
O bilir bu yol çox çətindi, kələ kötürdü, daş tikanlı
Amma qollarında güc var arxasında dayaq Tanrı
Ümidlərini basdırıb o qorxularının yanında
İndi daşdı sanki bərkdi qaranlıq axır qanında
Kapşonun altında göz bəbəylərində qanlı zülmət
Göz yaşıyla ürəy torpağında yetişir ancaq nifrət

(Nəqarət: Qaraqan)
Onu danışdırma o indi öz dünyasında
Çırpınır qanadlar o uçacaq buralardan
Bütün bu mahnılar, misralar yuxudan oyatmaq üçün
Axı o qəhrəmandı deməli özünü məhv edəcək xalq üçün(x2)


(verse: Qaraqan)
Qara küçə, qara geyim, qıraqdan çaqqal atmacaları
Hara qaçım ? Hara gedim? Ürəkdə həyat tapmacaları
İnsan gölməçələri necə dayazdı, nə qədər boşdu hamsı
Nə qədər tənqid , nə qədər zərbə xeyri yoxdu xoşdu hamısı
Hərkəsdən fərqli, bəzən soyuq bəzən qəzəbli
O düşmənini didər baxışla amma sakid ədəbli
İçində qarğalar yuva qurub və qanlı çiçəklər
Ay çıxanda canavar ağlıyır və gülür küçüklər
Maniken şəxsiyətlər yarımçıq binalara bənzər
O tərs baxışlar, əyri dodaqlar və mənasız nəzər
O bezib belələrindən. İçi də çölü də hamısı saxtadı
Seçilir cəmiyyətdən özü kimi insanlar axtarır

(Nəqarət: Qaraqan)
Onu danışdırma o indi öz dünyasında
Çırpınır qanadlar o uçacaq buralardan
Bütün bu mahnılar, misralar yuxudan oyatmaq üçün
Axı o qəhrəmandı deməli özünü məhv edəcək xalq üçün(x2)


Tarix: 30.03.2015 / 11:31 Müəllif: Aziza Baxılıb: 239 Bölmə: Host
loading...