Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi Hədislər(Qədər barədə)

Rəvayət edilir ki, Ubadə ibn Samit (r.a) oğluna belə demişdir: «Ey oğul! Həqiqətən, sənin başına gələn (bir şeyin) səndən yan keçməməli olduğunu və səndən yan keçən (şeylərin) də sənin başına gəlməməli olduğunu bilməyincə, həqiqi imanı dadmazsan. Mən Allah Elçisinin (s.a.v) belə buyurduğunu eşitdim: «Allahın ilk yaratdığı şey qələmdir. Allah ona: «Yaz!» - deyə buyurdu. O, dedi: «Ey Rəbbim! Nə yazım?» Allah buyurdu: «Qiyamət saatı qopanadək hər bir şeyin qədərini yaz!» O, sözünə davam edərək dedi: «Ey oğul! Mən Allah Elçisinin (s.a.v) belə buyurduğunu eşitdim: «Bundan qeyri (etiqad) üzərində ölən məndən deyildir».
(Əbu Davud 4702. əl-Albani səhih demişdir.)


Tarix: 25.04.2013 / 19:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Hedisler
loading...