Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (LƏ İLƏHƏ İLLƏLLAH KƏLMƏSİNİN FƏZİLƏTİ)

1. Abdullah ibn Amr ibn əl-As (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) buyurdu: «Ümmətimdən olan bir kişi Qiyamət günü məxluqatın qarşısına çağırılacaq və ona doxsan doqquz ədəd kitab göstəriləcək. Hər bir kitabın ölçüsü gözün gördüyü son məsafəyə qədər olacaq. Sonra qüdrətli və qüvvətli Allah buyuracaq: «Bunlardan birini inkar edə bilərsənmi?» O: «Xeyr, ey Rəbbim!» - deyə cavab verəcək. Allah buyuracaq: «(Əməlləri) yazan gözətçi mələklərim sənə zülm ediblərmi? Bu qədər kitabın qabağında sənin savabın ola bilərmi?» O qorxu içində: «Xeyr!» - deyə cavab verəcək. Allah buyuracaq: «Əksinə, dərgahımızda sənin üçün savab vardır. Odur ki, bu gün sənə zülm edilməyəcək». Bu vaxt onun qarşısına içində «Əşhədu əl-lə iləhə illəllah və ənnə Muhəmmədən abduhu və rəsuluhu» yazılmış bir kağız parçası qoyulacaq. O deyəcək: «Ey Rəbbim! Bu qədər kitabın qabağında bu kağız parçası nə fayda verə bilər?» Allah buyuracaq: «Sənə zülm olunmayacaq!» Sonra kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq və bu kağız parçasının ağırlığından o kitablar havaya qalxacaq».

(ət-Tirmizi 2639, 2850; İbn Macə 4300. 4442. əl-Albani hədisi səhih adlandırmışdır.)

2.Ənəs (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Mən Rəbbimdən durmadan şəfaət diləyəcəm, O da şəfaətimi qəbul edəcək. Mən şəfaət diləməyə davam edəcəm, O da şəfaətimi qəbul edəcək, hətta mən deyəcəyəm: «Ey Rəbbim! Məni «LƏ İLƏHƏ İLLƏLLAH!» - deyən kimsələrə şəfaətçi et». Allah buyuracaq: «Ey Məhəmməd, bu nə sənə, nə də bir kimsəyə məxsus deyildir. Bu Mənə məxsusdur. İzzətimə, Əzəmətimə və Mərhəmətimə and olsun ki, Mən: «LƏ İLƏHƏ İLLƏLLAH!» - deyən kəsləri odun içində buraxmayacam».
(İbn Əbu Asim 685. əl-Albani «Ziləlul-Cənnə»də (? 828) səhih olduğunu bildirmişdir.)


Tarix: 25.04.2013 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 176 Bölmə: Hedisler
loading...