Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Bizə filan ulduza görə yağış endirildi deyənlərin küfr etməsi)

Zeyd ibn Xalid əl-Cuhəni (r.s) demişdir: «Allah Elçisi (s.a.v) Hudeybiyyədə gecə ikən yağmış yağışdan sonra bizə sübh namazını qıldırdı və namazı bitirdikdən sonra üzünü camaata çevirib soruşdu: «Bilirsinizmi, Rəbbiniz nə buyurdu?» (Əshabələr:) «Allah və Onun Elçisi daha yaxşı bilir!» - dedilər. Peyğəmbər (s.a.v) dedi: «(Allah buyurdu): «Qullarımdan bir qismi mömin, digər qismi isə kafir oldu. «Bizə Allahın lütfü və mərhəməti sayəsində yağış göndərilmişdir» - deyənlərə gəlincə, onlar Mənə iman gətirmiş və ulduzları inkar etmişlər. «Yağış bizə filan və filan ulduza görə nazil olmuşdur» - deyənlərə gəldikdə, onlar Mənə küfr etmiş və ulduzlara iman gətirmişlər».

əl-Buxari 10. Kitəbul-Azan, Kitəbu Əbvəbi Sıfəti Saləhət (801, 810, 846, 980, 991, 1038).


Tarix: 25.04.2013 / 19:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Hedisler
loading...