beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ənəs ibn Məlik (r.a) demişdir: «Mən Peyğəmbərin (s.a.v) belə dediyini eşitmişəm: «Uca Allah buyurmuş

Rəvayət edilir ki, Əbu Hureyra (r.a) demişdir: «Allah Elçisi (s.a.v) qızdırma xəstəliyinə tutulmuş bir adamı ziyarət edir və deyir: «Sevin, çünki Allah buyurur: «O (qızdırma) Mənim atəşimdir, Cəhənnəm atəşindən bir payı olsun deyə onu günahkar quluma göndərirəm!
(ət-Tirmizi 2088, 2232; İbn Macə 3470. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 557) hədisə səhih demişdir.)


İbn Macənin rəvayətində isə belə deyilir: «Sənə müjdə olsun! Çünki Allah buyurur: «O, (qızdırma xəstəliyi) Mənim atəşimdir. Axirətdə atəşdən bir payı olsun deyə Mən onu mömin quluma dünyada göndərirəm».
(İbn Macə 3470, 3599. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 557) hədisə səhih demişdir.)

Əbu Uməmə (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Həqiqətən müsəlman qul xəstələndikdə Allah mələklərinə belə vəhy edir: «Ey mələklərim! Mən qulumu iplərimdən biri ilə bağladım. Əgər onun ruhunu alsam, onu bağışlayaram, yox əgər onu sağaltsam, günahlarından təmizlənmiş olar!»
(əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 1673) səhih olduğunu qeyd etmişdir.)

Şəddad ibn Aus (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uca Allah buyurur: «Mömin bir qulumu bəlaya düçar etdikdə o, Məni həmd edərək düçar etdiyim bəlaya səbr etsə, yatağından anadan doğulduğu gündə olduğu kimi xətalardan (təmizlənərək) ayağa qalxar». Rəbb  qoruyucu mələklərinə buyurar: «Həqiqətən Mən bu qulumu əməl etməkdən saxlayıb bəlaya düçar etdim. Bundan əvvəl sağlam ikən (etdiyi əməllərə bərabər) yazdığınız əcr qədər onun üçün mükafat yazın!»
( əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 4300) həsən olduğunu bildirmişdir.)


Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uca Allah buyurur: «Mömin bir qulumu bəlaya düçar etdikdə, onu ziyarət edənlərə Məndən şikayət etməzsə, onu əsarətimdən azad edərəm. Sonra onun ətini (əvvəlkidən) daha yaxşı ət ilə, qanını da daha yaxşı qan ilə dəyişdirərəm. Sonra o, (yenidən) əməl etməyə başlayar».
(əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (? 3424) və «Sahihul-Cəmiis-Sağir»də (? 4301) səhih olduğunu bildirmişdir.)

Ata ibn Yəsar (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Bir qul xəstələndikdə Uca Allah onun yanına iki mələk göndərərək buyurar: «Onu ziyarət edənlərə nə söylədiyinə baxın!» (Ziyarət edənlər) onun yanına gəldikdə, o, Allaha həmd-səna etsə, mələklər Allahın daha yaxşı bildiyi halda bu (sözləri) Allaha yüksəldər. Allah buyurar: «Qulumu, vəfat etdirəcəyim təqdirdə Cənnətə daxil edəcəyimi, sağaldacağım təqdirdə isə ətini daha yaxşı ət ilə, qanını da daha yaxşı qan ilə dəyişdirəcəyimi Özümə vacib etdim».
(Malik «Muvatta» 2/840/5 (? 1475, 3465). əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (? 3431) həsən li-ğeyrihi demişdir.)

Uqbə ibn Amir (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Elə bir günün əməli yoxdur ki, o möhürlənməsin. Lakin mömin xəstələndiyi zaman mələklər: «Ey Rəbbimiz, filan qulunu əməldən saxladın!» - deyirlər. Rəbb  buyurur: «Sağalana və ya ölənə qədər (sağlam ikən etdiyi) əməlinin mislinin möhürünü vurun!»
(Əhməd 16678, 17316, 17354, 17779.; İbn Əbi əd-Dunyə «əl-Mərad vəl-Kəffərat» 12; ət-Tabərani «əl-Kəbir» 17/246/782; Bəğavi «Şərh əs-Sünnə» 1428. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 5432) və «Silsilətul-Əhədisis-Sahiha»da (? 2193) səhih adlandırmışdır.)

Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Həqiqətən gözəl bir tərzdə Allaha ibadət edən qul xəstələndikdə, Allah ona müvəkkil olan mələyə belə buyurar: «Onu (xəstəlikdən) azad edənə qədər onun üçün (sağlam ikən) etdiyi əməllərə bərabər (savab) yaz!»
(Əhməd 6895. Albani «Sahihut-Tərğib vət-Tərğib»də (? 3422) və «Mişkətul-Məsabih»də (? 37, 1559) səhih adlandırmışdır.)

Rəvayət edilir ki, Əbu Hureyra (r.a) demişdir: «Müsəlman bir qul xəstə olduğu zaman sağındakı mələyə: «Qulum üçün sağlam ikən yazdığın yaxşı əməli yaz» - deyilir. Solundakı mələyə: «Xəstə olduğu müddətdə qulumun günahlarını yazma» - deyilir». Əbu Hureyranın (r.a) yanında olan bir kimsə: «Kaş ki, mən də daim xəstə olaydım» - dedikdə, Əbu Hureyra (r.a) : «Qul günahları sevməz» - dedi».


Tarix: 24.04.2013 / 21:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 250 Bölmə: Hedisler