Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Zikr və saleh əməllərlə Allaha yaxınlaşmanın savabı)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Uca Allah buyurur: «Qulum dodaqlarını tərpədərək Məni yad etdikcə Mən onun yanındayam».
(İbn Macə 3792, 3924; Əhməd 10989, 11267. əl-Albani hədisi səhih adlandırmışdır.)

Əbu Hureyra və Əbu Səid əl-Xudri (r.a) rəvayət edirlər ki, Allah Elçisi (s.a.v) demişdir: «Qul: «LƏ İLƏHƏ İLLƏLLAHU VALLAHU ƏKBƏR» (Allahdan başqa ibadətə layiq ilah (məbud) yoxdur və Allah ən Böyükdür) - dedikdə, Uca Allah buyurur: «Qulum doğru söylədi, Məndən başqa ilah (məbud) yoxdur və Uca olan Mənəm». Qul: «LƏ İLƏHƏ İLLƏLLAHU VAHDƏHU» (Allahdan başqa ibadətə layiq ilah (məbud) yoxdur, Təkdir) - dedikdə, Allah buyurur: «Qulum doğru söylədi, tək olan Mənəm, Məndən başqa ilah (məbud) yoxdur». Qul: «LƏ İLƏHƏ İLLƏLLAHU LƏ ŞƏRİKƏ LƏHU» (Allahdan başqa ibadətə layiq ilah (məbud) yoxdur, şəriki də yoxdur) dedikdə, Allah buyurur: «Qulum doğru söylədi, Məndən başqa ilah (məbud) yoxdur və Mənim şərikim də yoxdur». Qul: «LƏ İLƏHƏ İLLƏLLAHU LƏHUL-MULKU VA LƏHUL-HƏMDU» (Allahdan başqa ibadətə layiq ilah (məbud) yoxdur, mülk və həmd ona məxsusdur) dedikdə, Allah buyurur: «Məndən başqa ilah (məbud) yoxdur, mülk və həmd Mənə məxsusdur». Qul: «LƏ İLƏHƏ İLLƏLLAHU VA LƏ HƏULƏ VA LƏ QUVVƏTƏ İLLƏ BİLLƏH» (Allahdan başqa ibadətə layiq ilah (məbud) yoxdur, və qüvvət ancaq Allaha məxsusdur) dedikdə, Allah buyurur: «Qulum doğru söylədi, Məndən başqa ilah (məbud) yoxdur, qüdrət və güc yalnız Məndədir». Əbu İshaq dedi: «Sonra Əğarr Əbu Muslim anlamadığım bəzi şeylər söylədi. Mən Əbu Cəfərə: «O nə dedi?» - deyə soruşdum. O dedi: «Ölüm anında bunları deməyə imkan verilən şəxsə Cəhənnəm odu toxunmaz».

(İbn Macə 3794, 3926. əl-Albani hədisi səhih adlandırmışdır.)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Uca Allah buyurur: «Mən qulumun barəmdəki zənni yanındayam. Məni yad etdikcə onunlayam. O Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O Məni camaatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli camaatın (mələklərin) yanında yad edərəm. O Mənə bir qarış yaxınlaşsa, Mən ona bir ərəş yaxınlaşaram. O Mənə bir ərəş yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm».
(əl-Buxari 97. Kitəbut-Tövhid 15 (6856, 7405); Muslim 4/2061.)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uca Allah buyurur: «Mən qulumun barəmdəki zənni yanındayam. Əgər o xeyir zənn etsə, ona bunun əvəzi veriləcəkdir, əgər şər zənn etsə, ona bunun əvəzi veriləcəkdir».
(əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 4315) səhih olduğunu bildirmişdir. )


Əbu Hureyra (r.a) Allah Elçisindən (s.a.v) rəvayət edir ki, Uca Allah dedi: «Mən qulumun barəmdəki zənni yanındayam. Mənə dua etdikcə onunlayam».
(əl-Buxari «Ədəbul-Mufrad» 616. əl-Albani səhih demişdir.)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uca Allah buyurur: «Mən qulumun barəmdəki zənni yanındayam. Məni yad etdikcə onunlayam». Allaha and olsun ki, sizdən birinizin səhrada itirdiyini tapıb sevindiyindən daha çox Allah bir qulunun tövbəsinə sevinər. Allah buyurur: «Kim Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. Kim Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm».
(Muslim 51. Kitəbut-Tövbə 1 2675 (4927, 7128).

Rəvayət edilir ki, Şureyh demişdir: «Mən bir səhabənin Peyğəmbərdən (s.a.v) belə rəvayət etdiyini eşitdim: «Uca Allah buyurur: «Ey Adəm oğlu! Mənə doğru ayağa qalx, Mən də sənə doğru yeriyərək gəlim. Mənə doğru yeriyərək gəl, Mən də sənə doğru yüyürərək gəlim».
(Əhməd 15360, 15925, 15967, 16346. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 4340), «Silsilətul-Əhədisis-Sahiha»da (? 2287) və «Sahihut-Tərğib vət-Tərhib»də (? 3153) səhih olduğunu bildirmişdir.)


Tarix: 24.04.2013 / 21:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 186 Bölmə: Hedisler
loading...