Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (“Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub apa

Abdullah ibn Məsud (r.a) bir kişinin Peyğəmbərin (s.a.v) yanına gəlib belə dediyini rəvayət edir: “Mən şəhərin ən ucqar tərəfində bir qadını müalicə edirdim. Onunla (cinsi əlaqəyə girmədən) yaxınlıq etdim.Bu mənəm və istədiyin hökmü mənə ver!” Ömər (r.a) ona dedi: “Allah-Təala sənin bu eybini örtdü. Sən də eybini örtsəydin?!” Peyğəmbər (s.a.v) ona cavab vermədi. O kişi qalxdı və getdi.Peyğəmbər (s.a.v) onun ardınca bir kişini göndərib onu çağırtdı və ona bu ayəni oxudu: “Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).” (“Hud” / 114) Camaatdan bir kişi dedi: “Ey Allahın Peyğəmbəri! Bu yalnız ona aiddir?” Peyğəmbər belə dedi: “Əksinə, bütün insanlar üçündür.”


Tarix: 23.04.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 65 Bölmə: Hedisler
loading...