beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər ( Borclunun borcundan keçən və ya borclunu sıxışdırmayanın fəziləti)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Heç bir xeyir əməl etməyən bir kişi insanlara borc verərdi və (borcu almaq üçün göndərdiyi) elçisinə belə deyərdi: «Borcu qaytara biləndən al, qaytarmaqda çətinlik çəkəni isə burax və (onun təqsirindən) keç! Ola bilsin ki, Uca Allah da bizim (günahlarımızdan) keçsin». O öləndən sonra Uca Allah ondan soruşur: «Xeyir bir əməl etdinmi?» O deyir: «Xeyr! Ancaq mənim bir xidmətçim vardı və mən insanlara borc verərdim. Borcu almağa göndərəndə ona belə buyurardım: «Borcu qaytara biləndən al, qaytarmaqda çətinlik çəkəni burax və (onun təqsirindən) keç! Ola bilsin ki, Uca Allah da bizim (günahlarımızdan) keçsin». Uca Allah buyurur: «Sənin (günahlarından) keçdim!»

(ən-Nəsai 4615, 4711. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 2078) hədisin səhih olduğunu bildirmişdir.)

Əbu Məsud əl-Ənsari (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) dedi: «(Qiyamət günü) sizdən əvvəl yaşayan bir kişi haqq-hesaba çəkildi, amma xeyirxah bir iş gördüyü aşkar olunmadı. O, sadəcə insanlarla ünsiyyətdə olan, zəngin bir adam idi. O, öz xidmətçilərinə borcunu ödəyə bilməyən kimsəni bağışlamağı buyurardı. Uca Allah buyurdu: «Biz buna (kimsəni bağışlamağa) ondan daha çox layiqik, onu buraxın!»

( əl-Buxari «Ədəbul-Mufrad» 293. əl-Albani səhih olduğunu bildirmişdir.)


Tarix: 23.04.2013 / 19:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 120 Bölmə: Hedisler