Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sünnəyə sarılamq

İrbad ibn Sariyə (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) səhabələrə (r.a.) tövsiyə edərək demişdir: «Sizə Allahdan qorxmağı (təqvalı olmağı), üzərinizdə qəyyum olan rəhbəri dinləyib itaət etməyi tövsiəyə edirəm! Həqiqətən məndən sonra yaşayanlarınız çoxlu ixtilaflar görəcəklər. O zaman mənim və raşidi xəlifələrimin yolu ilə gedin. Bu yoldan azı dişlərinizlə bərk yapışın. (Burada Peyğəmbər - səllallahu aleyhi və səlləm - bu yoldan dönməməyin son dərəcədə vacib olduğunu vurğulamışdır.) Dinə əlavə olunmuş yeniliklərdən (bidətlərdən) çəkinin! Həqiqətən hər bir bidət insanı zəlalətə aparır!» «Əbu Davudun Sünən əsəri, 4607» «Tirmizinin Sünən əsəri, 2676» «Əhmədin Müsnəd əsəri, 4/126-127»


Tarix: 23.04.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Hedisler
loading...