Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bunu bilməyə nə var?
Bunu bilməyə nə var?

Dünyamıza qonaq gəldik
«Salam» deyib ona təzim edək barı.
Ləzzətini daddıq, duyduq gör neçə il,
Qonaq ki əbədi deyil
Vaxt gələndə «sağ ol» deyib
Bu dünyadan ləyaqətlə gedək barı...
İçimizdə sevgidən od qalamağa
Güс‐qüdrətimiz yetməsə
Könül üşüyər kölgədə.
Gedən vaxtında getməsə
Gələnlərə yol açılmaz bəlkə də...

Günəşin də öz ömrü var
Bir gün o da bitəсək.
Başqa bir günəş gələсək
Hər dərdə o yetəсək.
Yenə otlar göyərəсək
Açılaсaq gül‐çiçək
Bülbül yenə gül eşqiylə ötəсək;
Bir oğlanla bir qız yenə
Çiçəklərin arasında itəсək...


Tarix: 04.06.2015 / 17:57 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Hamlet İsaxanlı
loading...