Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqda yuxuya getmək probleminin həlli yolları (araşdırma)

Axşam oldu, uşağınızın yuxu saatı gəldi. 21.30 ətraflarında onu yatağa götürdünüz...Bir nağıl oxudunuz, öptünüz, gecən xeyrə, şirin yuxular dediniz bir-birinizə... Siz də yorucu bir günün ardından onu yatırdıb mətbəxdəki qab-qacaqları yığışdırmaq, bir neçə paltarı ütüləmək, yoldaşınızla iki söz edib bir az da ayaqlarınızı uzadıb istirahət xəyalqurursunuz. Amma çox təəssüf ki bunları etmək yerinə bütün akşamınızı uşağınızın otağına təkrar təkrar ged gəllə keçirirsiniz. "Ana, mənə bir nağıl daha oxuya bilərsən? Bu axşam sizin yanınıızda yatmaq istəyirəm. Ana gəl canavar var otağımda, ana televizorda gözəl bir şeylər var ona baxa bilərəmmi? "Kimi çağrılarla ən sonda yuxuyagetdiyində bir baxırsınız ki saat 24.00 olmuş...

Uşaqlar niyə axşam yatmaq istəməzlər? Uşaqlar üçün sağlam olan yuxu müddəti nədir? Nə işə yarayır bu yuxu? İndi bir az buna baxaq. Ondan sonra bu problemlə necə baş edəcəyinizə istiqamətli məsləhətlər verəcəyəm.



Uşaqlar böyüdükcə daha az yuxuya ehtiyacları olar.
2 yaşında bir uşaq üçün 10-12 saat gecə yuxusu 1-2 saat gündüz yuxusu

3 yaşında bir uşaq üçün 10-12 saat gecə yuxusu 1-2 saat gündüz yuxusu

4 yaşında bir uşaq üçün 10-12 saat gecə yuxusu 0-2 saat gündüz yuxusu

5 yaşında bir uşaq üçün 10-12 saat gecə yuxusu 0-2 saat gündüz yuxusu kafi olacaq.

Axşam daha uzun yatan 2-3 yaş uşaqları gündüz yuxusuna ehtiyac duymaya bilərlər.

4 və 5 yaşlarındakı uşaqlar da artıq gündüz yuxusuna ehtiyac duymaya bilərlər.

Sizin uşağınız kifayət qədər yuxu yatırmı?
-Avtomobilə minən kimi yatırmı?
-Hər səhər onu sizin oyatmağınız lazımdır?
-Gün ərzində həssas, yorğun bir cədvəlmı sərgiləyir?
Bu suallara "bəli" deyirsinizsə sizin uşağınız da kifayət qədər yatmır deməkdir. Onda sizin ona nizamlı yuxu vərdişi vermək üçün məşğul olmağınızın vaxtı gəlib çatıb. Çünki yuxu tərəfindən böyümə hormonu ifraz olunur.

Uşaqların yuxunu rədd etməsinin bir neçə səbəbi ola bilər:
-Idarəni ələ keçirmənin bir ifadəsi ola bilər.

-Tək qalmayıb marağı üstünə yığmaq məqsədli ola bilər.

-Qaranlıqda qarşılaşılan bir çox qorxuducu fiqur ola bilər.

-Otağın isti ya da soyuq olması, səs-küy kimi xarici müdaxilələr.

-Fiziki ya da romantik ehtiyaclarının tam olaraq qarşılanmaması.

-Qorxulu yuxular görməsi görməsi.

Uşaqda yuxuya getmək problemləri:
Yuxu səssiz, sakit, qaranlıq və.s kimi şərtlər istəyir. Əgər içəridə onun diqqətini çəkən bir şeylər edilirsə, sevdiyi bir filmin səsi gəlirsə uşaq yatmaq istəməyəcəkdir. Bu səbəblə uşağınızı yatmağa gəlməyə göndərdiyiniz zaman, ya da yatağına siz yatırtdığınız zaman ağlının içəridə qalmamasına diqqət edin. Məsələn evdə qonaq varsa o uşaq üçün otağına çəkilmək işgəncə kimi gələcəkdir.
Uşağın fiziki və psixoloji ehtiyacı qarşılanmamışsa yenə yuxuya getməsi problem olacaq. Qarını acsa, bütün gün ana atasından uzaq qalmış və hələ onlarla oynamağa danışmağa doyamamışsa yenə yatmaq üçün içəri getməsi çətin olcaqtır. Xüsusilə işləyən ana-ataların uşaqlarında çox tez rast gəlinən poblemdir. Uşağınızla hər axşam mütləq müəyyən bir müddət baş-başa keçirməyə çalışın. Bu ona yaxşı gələcəkdir.
Yatmamaq üçün müqavimət göstərən uşaqların bir digər səbəbi də, təziqçi ana-ataya qarşı reaksiya göstərməkdir. Ana-atanın təziqi qarşı öz fərdiliyini qorumağa çalışan uşaqlar yuxu yatmama mövzusunda nəzarəti əllərində tutmağa çalışırlar.
Yatmağa müqavimət göstərən uşaqların bir digər bəhanəsi də pis yuxular görməkdir. İki yaşından sonra bütün uşaqlarda ola bilər. Uşaq ağlayaraq oyana bilər.Pİs yuxuları qovmaq, onların gəlməsinin qarşısını almaq üçün də yuxuya müqavimət göstərə bilər. Butün hallarda uşağınıza sevdiyi bir oyuncağını verib, yüngül bir işıq açıq qoyaraq,onu rahatlaşdıra bilərsiniz . Ya da bir müddət onun yanında qalıb sakitləşməsini gözləyin.
Gecə qorxu və qaranlıq qorxusu; uşaqların yatmamağının bir başqa səbəbidir. Xüsusilə uşaqlar bu bəhanəni istifadə edərək ana-atalarının yatağında yatma vərdişi inkişaf etdirə bilər. Yatağın altından canavar çıxması, qaranlıktaki kölgələrin üstünə hücum etməsi və tək qalma qorxusu və.s. Bu yaşlarda uşaqların xəyal gücləri çox qüvvətlidir. Xüsusilə də qaranlıq bir otaqda tək qalınca qorxular başlayır. Bu yaşlarda uşaqlar fantaziya və gerçək arasındakı fərqi tam olaraq anlayamaya bilimir. Bu səbəblə yatağın altından bir canavar çıxma düşüncəsi ona doğru gələ bilər.Eşitdikləri bir səs, ana atadan ayrı,uzaq qalmaq qorxusu, pis insanların onu qaçıracağı qorxusu kimi bir çox şey düşünə bilərlər.
Belə vəziyyətlərdə əvvəlcə qorxusunun nə olduğunu anlamağa çalışın. Əgər yalnız qaranlıq onu narahat edirsə işığı bir azda açıq qoya bilərsiniz. Ya da yatmazdan əvvəl ona nağıllar oxuyaraq, "pis ürəkli cadugər" ın gerçək olmadığını, yəni onun otağında da bir pis ürəkli cadugər gizlənmədiyi mesajını verə bilərsiniz. Bəlkə bir nağıl kaseti almağ, ya da onun özünü rahat hiss edəcəyi bir yuxudan əvvəl altproqramı inkişaf etdirmək uşağınızın daha rahat yuxuya gedməsini təmin edə bilər.
Bəzən də uşaqlar yalnız ana-atanı daha çox görə bilmək üçün müqavimət göstərər. Belə bir vəziyyətdə də qısa fasilələrlə onu ziyarət edəcəyinizi söyləyib, 5 dəqiqədən bir başınızı qapıdan içəri uzadıb yenə işinizə geri dönə bilərsiniz. Beləcə tez-tez sizi görəcəyi üçün dincliklə yata biləcək.

Yuxu saatı yaşa görə müəyyən edilir. Səhər oyanıb tezdən baxçaya gedən 2-5 yaşlarında bir uşaq üçün 21.30 ətrafı uyğun olacaq. Təbii ki, bu uşağın enerji xərcləməsinə və tərkibinə görə önə ya da geriyə çəkilə bilər. Uşağınızın yuxu nizamı ilə əlaqədar qərarlarda ailəvi qərarlı davranmaz, uşağın "bir az daha, on dəqiqə sonra" kimi sözlərinə elastik davransanız yuxu saatı ciddi bir problem halına gələ bilər. Uyğun olaraq seçilən yuxu saatı mövzusunda qərarlı davranmalı və uşağınızın israrları qarşısında imtina etməməlisiniz.

Uşağınızın yuxu nizamını meydana gətirə bilmək üçün ailələrə təkliflər:
· Uşağınızı yatağa yatırmadan əvvəl dişlərin fırçalanması, ataya və anaya gecəniz xeyrə deməsi, bir nağıl oxunması, bir stəkan süd içilməsi kimi bir təkrarlanan qayda yaradın.

· Yatağa yatırdıqtan sonra onunla günü haqqında bir az söhbət edin. Bəlkə yalnız sizinlə danışmağa ehtiyacı var deyə yata bilmir.

· Yuxu əvvəli edəcəklərinəməsuliyyətli olun. Hətta yuxu saatı gəlməmişdən azca əvvəl ona xəbər verin. "Dişlərin fırçalanmasına beş dəqiqə qaldı canım" sui-istifadə etməsinə icazə verməyin. Bir nağıl yerinə iki nağıl ola bilər, amma üçüncü və dördüncü olmamalıdır.

· Vaxtında hazırlanıb yatağa getdiyi zaman onu qeyd edin. Kiçik sürprizlərlə bu davranışını mükafatlandira bilərsiniz.

· Yatanda kefsiz olduğunu görürsünüzsə ona qərar veme haqqı tanıyın. Ondan "qırmızı başlıqlı qız nağılını mı istəyərsən yoxsa yatan gözəli mi?" deyə nağıl seçməsini istəyin. Ya da yatmadan əvvəl süd istəyirsən yoxsa meyvəsuyu? Beləcə yatağa getmək ya da getməmək kimi bir variantı olmadığını yaxşıca anlamış olacaq.

· Uşağınız qaydaları məcbur etməyə çalışacaq. Ona qarşı sərt olmayın amma qərarlı davranın. Bəzən bir miqdar müddəti uzada bilərsiniz amma "müddət doldu" dediyiniz zaman həqiqətən bitdiyini anlasın. O yenə də 10 dəqiqə daha deyə mızıllayacaqdır,amma bir dəfə icazə versəniz, hər gecə bu 10 dəqiqə istəyəcəkdir başlayacaq.

· Uşağınıza öz başına yatmasını öyrədin, buna alışdırın. Hər gecə o yatana kimi yanında qalmağnıızı istəyə bilər. Ancaq yavaş-yavaş onu beş dəqiqə sonra geri gələcəyəm deyərək otaqdan çıxmağınıza alışdırın. Siz içerdəki otağdaykən də etibarda olacağına inansın.
· Uşağınız bir dəfədə bu nizama alışmayacaktır. Addım addım, yavaş yavaş irəliləyin. Məsələn,sizin yatağınızda yatırsa əvvəl tək yatmağa alışdırın, sonra bir gecə öz yatağında, bir gecə sizin yataqda yatmağa və daha sonra da çox gecələr öz yatağında yatmağa və bəlkə də daha sonralar oyanınca sizin yatağa gəlmək yerinə sizə səslənib yanına çağırması kimi kiçik addımlarla onu tək yatmağa alışdıra bilərsiniz . Sizin yatağınıza hər gəldiyində yuxunuz qaçmasın deyə onu yatağına geri aparmaq yerinə, hər qəbul edişiniz onun bu davranışını gücləndirəcək. Ona görə bir müddət yuxunuzdan olsanız belə onu yatağına geri aparın. Hər oyandığında özünü öz yatağında tapsın.
· Gün ərzində kifayət qədər enerji xərcləyir mu? Uşağınız günorta yuxusu yatırsa, bəlkə də sizin təyin etdiyiniz yuxu saatında hələ yuxusu gəlməmiş olabilr. Bəlkə də axşam yuxu saatını irəli çəkmək buna həll ola bilər.


Tarix: 25.11.2012 / 15:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1159 Bölmə: Hamiləlik
loading...