Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxt bir hamiləlik üçün məsləhətlər

Hamiləlik müddətində yaşanan bəzi problemlər, fərqli bəslənmə vərdişləri, həyat tərzi kimi dəyişikliklər həyatı çətinləşdirə bilər. Hamiləlik müddətində həyatınızı asanlaşdıracaq və sizi xoşbəxt bir hamilə namizədi edəcək bəzi təkliflərimiz var.
Hamiləlik dövrü hər qadında eyni olmamaqla yanaşı, bəziləri üçün çətin keçərkən bəzilərimiz üçü həm zövqlü, həm həyəcanlı, həm də olduqca asan keçməkdədir. Bu dövrdə düşüncələr və bədən şəkli dəyişir, körpə böyüyür bəzi hormonlar az bəziləri də çox ifraz olunur.
Bu da adamın fiziki və ruhi istiqamətdən fərqli hiss etməsinə səbəb olur.

Budur, hamiləykən mütləq etməniz lazım olanlar və əsla etməməniz lazım olanlar ...

Əməl et: hamiləlik dövründə müxtəlif tərəvəzlərdən ən az 3 boşqab qəbul etməlisiniz. Siz nə qədər sağlam bəslənsəniz körpəniz də o qədər sağlam bəslənmiş olar.

Əməl etmə: Sırf canınız istəyir ya da nəfsim çəkdi deyə özünüzü aldadaraq ziyanlı yeməklərə üz tutmayın. Sizin sağlamlığınız körpənizin sağlamlığıdır, bunu əsla unutmayın.

Əməl et: Hamiləlik dövründə körpənin daha sağlam və rahat nəfəs alması üçün ümumiyyətlə sol tərəfinizə yatın. Bu ilk zamanlar darıxdırıcı və bəlkə də ağrılı olacağından çətin bir durummuş kimi görünsə də əslində bədən buna öyrəşir.

Əməl etmə: Yalnız körpəni düşünərək yoldaşınıza laqeyd yanaşmayın. Bütün maraqlarınızı körpənizə yönəltsəniz, bu yoldaşınızın özünü pis hiss etməsinə səbəb ola bilər.

Əməl et: Gündə 2 dəqiqə belə olsa yoldaşınızla birlikdə əllərinizi qarınınıza qoyub körpənizə müsbət və gözəl sözlər söyləyin, körpə bunu hiss edəcək və daha xoşbəxt olacaq.

Əməl etmə: Əsla, hamilə qalmadan əvvəl nə etdiklərinizi düşünüb bədbəxt ya da ümidsiz olmayın.
Hamiləlik, Allahın biz qadınlara bəxş etdiyi çox gözəl duyğudur.

P.S Tanrım, arzusunda olanlara tezliklə bu hissi yaşamağı nəsib etsin.Amin!!!


Tarix: 23.11.2014 / 22:02 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Hamiləlik
loading...