beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn xanın İrana qaçmasından az sonra Şəki xanlığının bərpası istiqamətində edilən başqa cəhdlər

"Qafqazda Rus hakimiyyətinin bərqərar olması" kitabında qeyd edilir ki,

"Yermolov Bakıda olarkən isə qəflətən knyaz Eristovdan məlumat aldı ki, dağ ləzgiləri, Gürcü şahzadəsi Aleksandr və Abbas Mirzənin təhriki ilə böyük ordu halında Nuxaya gələcəklər ki, Həştərxanda yaşayan xanın (–Məhəmmədhəsən xanın) övladlarından birini xan etsinlər. Yermolov həmin saat geri dönməyə məcbur oldu və göstəriş verdi ki, Rusiyadan yeni göndərilmiş bütün qoşunların bir hissəsi Car vilayətində, bir hissəsi isə Şəkidə və Şirvanda cəmləşsin. Ordu oralarda yalnız 12 noyabr – 12 dekabr arasında cəmləşdi. Yelisavetpolda saxlanılmış Sevastopol polku istisna olmaqla, bütün 20-ci piyada dviziyası Alazan sahilinə göndərilmişdi; 2-ci Ulan diviziyası 13 №-li süvari-artileriya rotası ilə Nuxada idi... həmçinin Don çayı tərəflərdən gəlmiş altı kazak polkundan... Pobednovun polku Şəki vilayətinə göndərilmişdi. Bu göstəriş hələ tam icra edilməmiş, Yermolov 21 dekabrda[q 6] özü Nuxaya gəlib çıxdı və əyalət tam əmin-amanlıq tapdı. Ləzgilər həqiqətən də onun sərhədlərini pozmağa cəhd etdilər. Amma Şəki süvarilərinin tez toplaşması, ləzgiləri niyyətlərindən əl çəkməyə məcbur etdi və bu iş sərhədə yaxın olan cəmi bir neçə kəndin dağılması ilə bitmiş oldu. Yermolov oradan iki batalyonla Car vilayətinə üz tutdu..., işləri yoluna qoyduqdan sonra isə 8 yanvar 1827-ci il tarixdə Tiflisə qayıtdı


Tarix: 08.01.2015 / 02:00 Müəllif: Feriska Baxılıb: 18 Bölmə: Hüseyn xan (Şəki xanı)