Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dar şalvarlılar sonsuz olacaq

Dar paltarlar adətən bizi daha incə, zərif göstərir. Buna görə də kök görünməklə bağlı ciddi kompleksi olan insanlar dar paltarlara üstünlük verirlər. Amma xəbəriniz olsun ki, müəyyən müddət başqalarının gözündə sizi xoşagələn göstərən bu geyimlər bir tərəfdən də daxilinizdə sağalmaz yaralar açır. İnsan orqanizmi üçün zərərli geyimlər sırasında hündürdaban ayaqqabılar, dar və beli aşağı şalvarları nümunə göstərə bilərik. İndi isə dar geyimlərin insan sağlamlığına olan zərərləri barədə danışaq.

• Dar şalvar və korset bağırsaqların işinə mane olur. Nəticədə isə həzimsizlik və qarın ağrısına şərait yaradır.
• Boynu sıxan dar köynəklər şah damarın işini ləngidir. Bu isə baş ağrısı, gicəllənməsi, görmə bulanıqlığına səbəb olur.

Həkimlərin qətiyyən məsləhət görmədiyi geyimlər sırasında dar şalvarlar liderlik edir. Əksər hallarda bu kimi geyimlərin qadınların sağlamlığı, gələcək ailə həyatı üçün təhlükəli olduğu deyilsə də, aparılan bir araşdırmanın sonunda belə məlum olub ki, bu geyimlər kişilər üçün də eyni dərəcədə zərərlidir. Belə ki, dar şalvarlar kişi yumurtalıqlarını sıxır, nəticədə bu hissələrdə yaranan istilik sperma hüceyrələrinin hərəkətinə və sayısına mənfi təsir göstərir . Bu isə təbii olaraq kişilərin cinsi aktivliyinə, intim həyatına mənfi təsir göstərir. Buna görə də ata olmaq istəyən cütlüklərdə yalnız qadının sağlamlığına fikir verməsi, bu barədə diqqətli olması kifayət deyil. Tez zamanda sağlam övlad sahibi olmaq istəyən atalar da yeməklərindən tutmuş, geyimlərinə qədər bütün incəliklərə xüsusi həssaslıqla yanaşmalıdırlar.


Tarix: 07.01.2015 / 12:05 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Həkim baba
loading...