Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölümdən uzaqlaşdıran 7 addım

Bəzən bilərəkdən və ya bilməyərəkdən səhhətimizə qarşı laqeyd davranışımız sağlamlığımız üçün müxtəlif təhlüklərin ortaya çıxmasına şərait yaradır. Çoxlarımız bu barədə məlumatsız olduğumuza görə gün ərzində etdiyimiz hərəkətlərə, onların səhhətimizə müsbət və ya mənfi təsir göstərməsinə o qədər də diqqət yetirmirik. Əziz kişilər, əgər mütəxəssislər də kişilərin ömrünün qadınlara nisbətən daha qısa olduğunu deyirsə, deməli biz bu məsələdə daha diqqətli olmalıyıq. Buna görə də Kişi.az saytı olaraq bu dəfə sizə sağlamlığımıza müsbət təsir edən, amma çoxumuzun faydasından xəbərsiz olduğumuz bir neçə vərdiş barədə məlumat vermək istəyirik.
1. Əsnəmək
Əsnəmə hərəkətləri həm ürək xəstəliklərinə yoluxma riskini aşağı salır, həm stresi aradan qaldırır, həm də qanın bədəndəki hərəkətini tənzimləyir.

2. Səhər yeməyi
Səhər yeməyi ən əhəmiyyətli yemək növü hesab edilir. O günə daha enerjili başlamağımıza yardımçı olur, bədəndə maddələr mübadiləsini təmin edir. Buna görə də səhər yediyimiz yemək nahar və şam yeməyindən daha vacib hesab edilir.

3. Qadın dır-dırından uzaq olmaq

Biz kişilərin ömrün qısaldan ən təhlükəli amillərdən biri. Əgər stresli, yorğun iş günündən sonra evdə istirahət etmək istəyirsinizsə, qadınınızla əlaqənizi maksimum xoş saxlamağa çalışın.

3. Çox yatmaq
Əgər çox yatdığınıza görə bir yerə gecikirsinizsə, bu həmin günü daha stresli və əsəbi keçirməyinizə şərait yaradır. Eyni zamanda, çox yatmaq təzyiqin artmasına, get-gedə ürək əzələlərinin qalınlaşmasına və yaşınız artdıqca səhhətinizlə bağlı bir çox digər problemlərin yaranmasına səbəb ola bilər.

4. Nə yediyini düşünmədən yemək
İş yerində əksər hallarda ac qalmamaq üçün və hazırlanması daha az vaxt aldığı üçün hazır qidalara üstünlük veririk. Bu zaman vaxt baxımından qazandığımızı düşünə bilərik, amma sağlamlıq baxımından nələri qurban verdiyimizə diqqət etməliyik.

5. Çox oturmaq
Statistika belə deməyə əsas verir ki, iş yerində oturaraq keçirdiyimiz hər saat bizi ölümə bir o qədər yaxınlaşdırır. Ümumiyyətlə, hərəkətsiz yaşamaq həm insanı fiziki olaraq daha da gücsüzləşdirir, həm də orqanizmin immunitetini aşağı salır.

6. Ailədən və dostlardan uzaqlaşmaq
Artıq elə bir dövrdə yaşayırıq ki, insanlar həddindən artıq çox işləməyə məcbur olduqları üçün nəinki dostları, eləcə də ailələri ilə vaxt keçirmək üçün belə vaxt tapmaqda çətinlik çəkirlər. Lakin tibbi cəhətdən də sübüt edilib ki, insan ailəsi, yaxın əhatəsi ilə nə qədər çox vaxt keçirirsə, bu onun günlük yaşamına da bir o qədər müsbət təsir edir. Dostlarından, ailəsindən uzaq yaşayan insanlar isə həmişə stresli, əsəbi görünürlər.

Gördüyünüz kimi uzun ömrlülüyün sirri o qədər də çətin, qeyri-adi deyil. Bu sadə qaydalara əməl edərək çox asanlıqla ömrümüzü bir neçə il daha uzada bilərik.


Tarix: 07.01.2015 / 11:54 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Həkim baba
loading...