Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yanlış idman hərəkətləri intim həyatın düşmanıdır

Çoxlarımızın fikrincə, əzələli bədən ideal vücud quruluşudur. Biz kişilər belə ideal bədənə sahib olmaq üçün hətta günümüzün bütün hissəsini belə idman salonunda keçirməyə hazırıq. Amma sən demə, bu heç də yaxşı fikir deyilmiş. Mütəxəssislərin sözlərinə görə, heç bir qayda, sistem əsasında müəyyənləşməyən məşqlər kişilərdə cinsi istəksizlik yaradan əsas səbəb hesab edilir. Xüsusən də birbaşa olaraq ürək sisteminə təsir edən məşqlər testesteron səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Buna görə də artıq çəkidən qurtulmaq istəyən şəxslərə həftədə bir kq-dan daha çox çəki itimək və gündəlik kalori qəbulunu əvvəlkinə nisbətən 15%-dən daha aşağı endirmək məsləhət görülmür. Eyni zamanda gün ərzində məşqlərə 30 dəqiqə vaxt ayrılması və bu vaxt ərzində maksimum dərəcədə sürətli hərəkət edilməsi tövsiyyə edilir. Çünki birbaşa ürəyə istiqamətlənən məşqlərdə asta templi hərəkətlər demək olar ki, artıq yağlarınıza heç bir halda təsir etmir.
Ayaq hərəkətlərinə diqqət edin

Artıq çəkidən tez zamanda azad olmaq istəyənlərin əsas diqqət etməli olduqları hərəkətlərdən biri də ayaq əzələlərinin məşqidir. Mütəxəssislərin sözlərinə görə, düzgün zaman və templə edildiyi halda ayaq məşqi hormonların daha sürətli inkişafına səbəb olur, eyni zamanda testesteron səviyyəsini yüksəldir. Buna görə də daha aktiv cinsi həyat və sağlam vücud üçün ayaq əzələl’rinizin məşqinə xüsusi diqqət ayırın.


Tarix: 07.01.2015 / 11:53 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Həkim baba
loading...