Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diqqət! Düzgün idman etməmək şikəst edir

İdmanla məşğul olmaq həm xəstəliklərə qarşı müqavimətimizi artırır, həm də bədənimizin daha güclü olmasına şərait yaradır. Lakin bəzi hallarda düzgün formada məçq etməməyimiz nəinki bizə fayda verir, əksinə səhhətimizdə yeni problemlərin yaranmasına şərait yaradır. Bəzən isə hətta orqanizmimizin müəyyən hissələrində qarşısıalınmaz xəstəliklərin, şikəstliyin yaranmasına səbəb olur. Əgər siz əziyyət çəkərək əməl etdiyiniz müvafiq cədvəldən uğurlu nəticə əldə etmək istəyirsinizsə, yaxşı olar ki, əvvəlcə düzgün idman etmək qaydaları haqqında məlumatlı olasınız. Bu səbəbdən də bu dəfə sizə düzgün idman etmək üçün əməl etməli olduğumuz qaydalar haqqında məlumat vermək istəyirik. Uğurlu nəticə əldə etmək istəyirsinizsə, diqqətiniz bizdə olsun.
Yemək yedikdən dərhal sonra idman etməyə başlamaq olmaz. Bu tez zamanda sizdə yorğunluğun yaranmasına, özününzü narahat hiss etməyinizə səbəb olacaq. Unutmayın, məşq zamanı mədəniz nə qədər doludursa, məşqlərinizdən uğurlu nəticə əldə etmək şansınız da o qədər aşağıdır. Buna görə də yaxşı olar ki, yeməyinizi bitirdikdən ən azı yarım saat sonra idman etməyə başlayasınız.
Salonda, öz evinizdə və ya təmiz havada idman etməyinizin elə də böyük fərqi yoxdur. Əsas odur ki, bu zaman əyninizdə özünüzü rahat hiss etdiyiniz geyimlər və ayaqqabı olsun.
İdman zallarında makyajla məşq edən qadınlara yəqin ki, çoxumuz rast gəlmişik. Əslində isə məşq edərkən əməl etməli olduğumuz ən əsas qaydalardan biri də makyajdan və ətirdən maksimum dərəcədə uzaq olmaqdır. Çünki hərəkət edərkən bədənimizin hərarəti artdığı üçün istifadə etdiyimiz makyaj və ətir tərlə birləşərək dəriyə zərər yetirə bilər. Bu isə öz növbəsində dəri xəstəliklərinin və qaşınmanın yaranmasına şərait yaradacaq.
Məşqlər zamanı etdiyimiz ən böyük səhvlərdən biri də yeni məşq etməyə başlayarkən özümüzə çox yüklənməyimizdir. Bunun nəticəsində isə fiziki cəhətdən çox yorulduğumuz üçün sistem şəklində idmanla məşğul ola bilmirik. Amma özümüz üçün vahid məşq planı qəbul etməyimiz çox lazımdır.
İdman zamanı əlavə enerji itirməmək üçün ətrafdakılarla çox danışmamağınız məsləhətdir. Çünki bu sizin iki qat artıq enerji itirməyinizə şərait yaradır, nəticədə isə qısa zaman ərzində tez yorulursunuz.
Yaxşı olar ki, idman edərkən bir temp üzrə hərəkət etməyiniz üçün musiqiyə qulaq asasınız. Bu həm sizin əhvalınızı qaldıracaq, həm də uzun müddət hərəkətlərinizi eyni ardıcılqqla yorulmadan təkarar etməyinizə kömək olacaq.
Məşq edərkən nə qədər çox tərləyirsiniz, o qədər yaxşıdır. Lakin idman edərkən itirdiyimiz mayenin yenidən qəbul edilməsinə də əhəmiyyət verməliyik. Əks halda əzələlərinizdə spazma (yəni yığılma) baş verə bilər. Buna görə də idman edərkən həm də su içməyiniz məsləhətdir.
Bəzən elə hesab edirik ki, idman eləyiriksə, deməli tez zamanda mütləq mükəmməl formaya sahib olacağıq. Amma unutmayın ki, əgər məşq etdiyinizi əsas götürüb yediyinizə, içdiyinizə diqqət etməsəniz, həddindən çox kalori qəbul etsəniz, tez zamanda bunun müsbət yox, mənfi yöndə təsirlərini görəcəksiniz.


Tarix: 07.01.2015 / 11:21 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Həkim baba
loading...