Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərblə əlaqələr

Hülaku Franko-monqol ittifaqı qurmaq üçün Avropaya bir neçə məlumat göndərdi. 1262-ci ildə o, "xaricdəki bütün krallara və şahzadələrə" öz katibi Rihaldisi və səfirliyini göndərdi. Siciliyada Məmlüklərlə ittifaqda və Papa IV Urbanla konfliktdə olan Kral Manfred tərəfindən səfirliyin açıq-aşkar qarşısı kəsildi və Rihaldis gəmi ilə geri qaytarıldı.[13]

10 aprel 1262-ci ildə Con Macar vasitəsilə Fransa kralı IX Lüdovikə ittifaq təklif edərək məktub göndərdi.[14] Parisdə olan IX Lüdovikə məktubun çatması aydın deyil - saxlanılan tək əlyazma Avstriyanın Vyana şəhərindədir.[15] Məktub Hülakunun Papanın xeyrinə Yerusəlimi işğal etmə niyyətini bildirir və Hülaku Lüdovikdən Misir əleyhinə donanma göndərməsini xahiş edir:



"Monqol ordusunun başçısından, xristian imanının xoşməramlı dəstəyi ilə müsəlmanların xain millətini məhv edəcək qədər qəzəbli (...) belə ki, siz ,kim ki dənizin digər tərəfindəki sahillərin hökmdarlarıdır, dənizlərə səylə nəzarət eləmək sizin məsələniz olmaqla, sizin və bizim düşmənlərimiz olan allahsızlar üçün yardımdan imtina etməyə səy göstərməlisiniz."

—Hülakudan IX Lüdovikə məktub


Tarix: 08.01.2015 / 01:46 Müəllif: Feriska Baxılıb: 20 Bölmə: Hülaku xan
loading...