Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GEM (yüyəndə atın ağızlığı)

Röyada gem görmək-sənət adamı üçün mal mənasında çətinlik anlamına gəlir. Eyni zamanda, gem-hökmdar və ya dövlət başçısının əmrinə zidd gedən mehtər, ilxıcı mənasında da yozulur. Yuxuda qəşəng yəhərlənmiş, yuyələnmiş ata minmək-bir vilayətdə vali olacaqsınız deməkdir. Öz ağzına gem vurulduğunu görmək-pis sözlərdən dilini saxlamağa işarədir. Əgər röya sahibi başqasıyla mühakimə və dava vəziyyətindədirsə, ona qarşı dəlil və sənədlərin boş və tutarsız olduğunu göstərir. Atın geminin kəsildiyini görmək-xidmətçinin namus və ya malını qorumağa, yaxud zəkata yozulur. Yuyənin atın başından düşdüyünü və əlindən çıxdığını görmək-röya sahibi işlərində təlaş içindədir, yaxud da arvadının ona haram olmasına və ya oruc tutmağa yozulur.


Tarix: 01.01.2014 / 15:33 Müəllif: Ebulfez Baxılıb: 67 Bölmə: G hərfi
loading...