Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Göz görmək

Göz görmək hər addımda sizi izləyən düşmənlərinizin işlərinizi korlamaq üçün sizə qarşı fitnələrinin işarəsidir. Bu yuxunu görən sevgili üçün yaltaq rəqib gözlənilir. Qonur gözlər – hiyləgərlik və xainlik əlamətidir. Sizə dikilmiş mavi gözlər öz qorxaqlığınız ucbatından başınıza gələcək hansısa uğursuzluğa işarədir. Boz gözlər – yaltaq adamdan qorunmaq üçün xəbərdarlıqdır. Yuxuda gözləriniz xəstələnibsə və yaxud kor olmusunuzsa, həqiqətdə həyəcanlı hadisələr gözləyin. Birgözlü adam gördüyünüz xoşagəlməz yuxu bədbəxtliyə işarədir.


Tarix: 01.01.2014 / 15:12 Müəllif: Ebulfez Baxılıb: 789 Bölmə: G hərfi
loading...