Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Göl görmək

Gənc qadın yuxuda gölün çirkli sularında yalqızdırsa, bu, bir çox dəyişikliklərə işarədir; o, tezliklə keçmişdə etdiyi dəliliklərdən, ağılsız hərəkətlərdən peşman olacaq və yaxşı işlərə can atacaq. Qayığı su basırsa, lakin qadın səylə bundan qurtularaq məkana çatırsa, bu o deməkdir ki, o, yalan məsləklərin təsiri altındadır, lakin gec də olsa bunu dəyişərək şərəf və hörmət qazanacaq. Bu yuxu həmçinin, yaxınların xəstəliyinə işarədir. Qadın yuxuda qayıqda olan gənc cütlüyün həyatını riskə ataraq göldə fəlakətlə üzləşdiyini müşahidə edirsə, bu o deməkdir ki, dostlarından biri ona qarşı çirkin hərəkət etsə də, sonda onun iltifatını qazana biləcək. Yuxuda sakit və təmiz göldə dostlarınızla üzmüsünüzsə, bu o deməkdir ki, sizi xoşbəxtlik və zənginlik gözləyir. Sərt daşlar və quru ağaclarla əhatə olunmuş çirkli göl planlarınızın kədərli sonuna işarədir. Gözəl, yaşıl sahilli çirkli göl mənəvi gücünüz ehtirasınız üzərində qalib gələcək və enerjinizi təhlükəsiz və etibarlı istiqamətə yönəldəcək. Göl təmizdirsə və az bitkilərlə əhatə olunubsa bu o deməkdir ki, təminatlı yaşayışınız əxlaqsız hərəkətləriniz ucbatından məhv olacaq. Gölün təmiz suyunda öz əksini görmək sizi sevinc və sevimli dostlar gözlədiyinə işarədir. Suda əks olunan ağac yarpağı görmək xoşbəxtlik və sevgidən doğan sevincə işarədir.


Tarix: 01.01.2014 / 15:09 Müəllif: Ebulfez Baxılıb: 196 Bölmə: G hərfi
loading...