Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar ən çox buna əsəbiləşir

Cütlüklər ən çox hansı səbəbə görə mübahisə edir? Qadınları əsəbləşdirən xasiyyətiniz hansılardır? Səbəbləri bilsəniz, həll yollarını tapmaq da asan olacaq. Buna görə də bu dəfə sizə kişi və qadın arasında ən çox mübahisə yaradan səbəbləri təqdim edirik. Oxuyun və çalışın ki, bundan sonra münasibətinizdə belə hərəkətlərə yol verməyəsiniz.

Corablarınızı kirli paltarlar qabına atın
Çox vaxt kişilər paltarlarını, corablarını çıxarıb səliqəsiz şəkildə evin bir küncünə atırlar. Əziz qadınlar, ömrünün ilk 25 ilini anası ilə birlikdə yaşayan tərəf müqabiliniz bu məsələdə ola bilsin ki, diqqətli deyil. Amma siz nə qədər haqlı olsanız da, çalışın ki, problemi çox böyütməyəsiniz. Ona vəziyyəti çox mülayim, incə şəkildə izah edin, kirli paltarlar qabını göstərib bundan sonra paltarlarını buraya atmasını xahiş edin. Unutmayın ki, şirin dil ilanı belə yuvasından çıxarar.

Köhnə sevgililər
Nə etsəniz də, keçmişin izləri asan silinmir. Amma bunu sevgilinizə hiss etdirməyiniz qətiyyən məsləhət görülmür. Ola bilsin ki, keçmiş sevgilinizin bəzi xüsusiyyətləri indiki sevgilinizdən daha üstün idi. Amma bunu heç vaxt onun yanında dilinizə gətirməyə cürət etməyin. Əgər nə vaxtsa, bilmədən bu cür ifadə işlətmisinizsə, əmin olun ki, sevgiliniz bu hərəkətinizi heç vaxt unutmayacaq. “Qadınlar qulaqları ilə sevirlər”. Bunu ki, bilirsiniz. Buna görə də ona tez-tez təriflər yağdırın. Bu özü də bir siyasətdir. Əgər təriflədiyiniz xasiyyət onda yoxdursa, tez bir zamanda xanımınızın idealınızdakı insana çevrildiyini, o xasiyyətləri mənimsədiyini görəcəksiniz.

Facebook parolunu mənə ver!
Sevgilinizlə o qədər səmimi münasibət qurun ki, o sizin keçmişiniz haqqında bilməyi lazım olan hər şeyi bilsin, eləcə də siz də onun. Belə olan halda hər vəziyyətdə bir-birinizə inana biləcəksiniz. Bu zaman onu facebookda yazışdığı, şərh bildirdiyi insanlara qısqanmayacaq, ondan facebook, twitter ünvanının parolunu istəyib buna görə dalaşmayacaqsınız. Bu sizin üçün bəlkə adi hərəkət kimi görünə bilər, amma sevgilinizdən istifadə etdiyi sosial şəbəkələrin parolunu istəməyiniz onda elə təsəvvür yaradacaq ki, siz ona inanmırsınız, dediyi sözlərin sizin üçün heç bir mənası yoxdur. Bu məsələ hətta münasibətinizi ayrılma nöqtəsinə qədər aparıb çıxara bilər.

İşinizə ayırdığınız vaxtın heç olmasa yarısını ona ayırın
İşdən evə yorğun gəlirsiniz, yeməyinizi yeyib: “sabaha bitirməli olduğum işlər var” deyərək kompyuterin qarşısına keçirsiniz. Xəbəriniz olsun ki, bu gedişlə eyni evdə yaşayan iki yada çevriləcəksiniz. Bir də qəfil xəbər tutacaqsınız ki, o artıq köhnə iş yerini çoxdan dəyişib, özünə yeni dostlar qazanıb və artıq sizinlə keçirə bilmədiyi vaxtını onlara sərf etmək qərarına gəlib. Bu isə get-gedə münasibətinizin soyumasına, necə deyərlər aranızda uçurum yaranmasına səbəb olacaq. Buna görə də çalışın ki, işinizi evə daşımayasınız. Hətta evdə, birlikdə olarkən vacib lazım olmadıqca telefondan, kompyuterdən istifadə etməyin. Bunun əvəzində gün ərzində nələr etdiyiniz, qarşılaşdığınız marqlı hadisələr barədə danışın. Əmin olun ki, onu nə qədər yaxından tanıdığınızı düşünsəniz də, sevgiliniz ilə bu cür münasibət qurmağınız sizə onun haqqında hər gün yeni nələrsə öyrədəcək.


Tarix: 06.01.2015 / 18:49 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Gəl, tanış olaq
loading...