Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gündəlik Bürclər - 01.12.2014

QOÇ

Planlarınızı yoldaşlarınızla paylaşacaq, işlərinizi sürətləndirəcəksiniz. Maraqlı və gözlənilməz addımlar atacaq, həyatınızda əhəmiyyətli dəyişikliklər edə bilərsiniz.

BUĞA

Emosional gərginliyinizi sevgilinizə hiss etdirməyin. Pul sarıdan çətinlik çəkəcəksiniz. Hadisələri pessimist baxımdan qiymətləndirib özünüzə qapılacağınız istisna deyil.

ƏKIZLƏR

Tərzinizi dəyişdirə bilərsiniz. Ancaq yeni tanış olduğunuz kəslərlə dərhal səmimi olmaqdan qaçın. Sözlərinizə diqqət yetirin, mübahisələrə girməyin.

XƏRÇƏNG

Gəlirlə bağlı böyük istəkləriniz olduğu halda heç cür yerinizdən tərpənib hərəkətə keçə bilmirsiniz. Sevgilinizin diqqət və qayğısı əhvalınızı yüksəldir.

ŞIR


Kiçik hadisələr belə həyəcanlanmanıza səbəb ola bilər. Dostlarınızın dəvətlərinə qatıla bilər, əyləncəli vaxt keçirə bilərsiniz. Bu vaxt gərəksiz xərcləmələr etməyin.

QIZ

Köhnə bir yoldaşınızla eşq macərası yaşayacağınız ehtimal olunur. Istəkləriniz gedərək artır və böyük bir səylə işləyirsiniz. Bu vaxt çox məsuliyyətli yükün altına girməyin və özünüzü həddindən artıq yormayın.

TƏRƏZI

Uzaqlarda olan dostlarınızla xəbərləşəcəksiniz. Yeni proyektlər üzərində işləyə bilər, yoldaşlarınızı bir yerə yığa bilərsiniz. Hər cür qrup işində zövq alaaqsınız. Düşüncələriniz getdikcə başqaistiqamətə dəyişir.

ƏQRƏB

Son dərəcə anlayışlı olduğunuz bir gündür. Istəklərinizi reallaşdırmaq üçün dərhal hərəkətə keçin. Bu gün hisslərinizi idarə etməyi bacaracaqsınız. Ətrafdakılarla dil tapmaq problem olmayacaq.

OXATAN

Həm fikirlərinizi, həm də həyat tərzinizi dəyişdirə bilərsiniz. Arzular mövzusunda yaşanan inkişaflar ümidverici olacaq. Ancaq zaman-zaman pessimist sorğular sizə əziyyət verəcək.

OĞLAQ

Xüsusilə 6 dekabrdan sonra doğulanlar üçün son dərəcə məhsuldar bir dövrdür. Yeni addımlar atacaq, şərikli iş və razılaşmalar uğurlu alınacaq. 18-21 dekabrdan olan bürcün nümayəndələri daha tədbirli davranmalıdırlar.

DOLÇA

Pul sarıdan bəzi çətinlikləriniz olacaq. Planlı hərəkət etməyi bacaracaqsınız. Sevgilinizlə aranızdakı problemləri də çox böyütməyəcək və həyata baxışınızı dəyişdirəcəksiniz.

BALIQLAR

Qərar verməniz lazım olan vəziyyətlərlə qarşılaşacaq və çətinlik çəkəəksiniz. Ağlınızdan keçən fikirləri dərhal dilə gətirməyin. Ayrıca diqqət tələb edən işlər görərkən daha tədbirli davranın.


Tarix: 01.12.2014 / 12:04 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Gündəlik Ulduz Falı
loading...