Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fenerbahçe Galatasaray derbisi

Yarandığı gündən aktuallığını itirməyən futbolda elə qarşılaşmalar olur ki, klubların güc səviyyəsindən, turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq hər bir azarkeş il boyu bu matçı gözləyir. Elə azarkeşlər də tapılır ki, məhz bu oyundakı qələbəni çempionluq titulundan daha üstün tutur. Dünya miqyasında olmasa da əksər azərbaycanlıların da həyatında böyük rol oynayan Fenerbahçe Galatasaray derbisi də bu matçlardan sayıla bilər.

Bu komandalar və aralarındakı qarşılaşmalarla bağlı bəzi məlumatları sizinlə bölüşmək istərdim.

Hər iki komanda İstanbulu təmsil etsə də Fenerbahçe Asiya, Galatasaray isə Avropa hissəsində olduğu üçün bu qarşılaşmaya «qitələrarası derbi» də deyirlər.

1905-ci ildə yaranan Galatasaray və 1907-ci ildə yaranan Fenerbahçe arasındakı ilk qarşılaşma 17 yanvar 1909-cu ildə baş tutmuş və Galatasarayın 2-0 hesablı qələbəsi ilə başa çatmışdır.

O gündən bu günə 378 dəfə qarşılaşan komandalar arasındakı görüşlərdən 143-də Fenerbahçe, 121-də Galatasaray qələbə qazanmış, 114 qarşılaşma isə bərabərliklə sonlanmışdır.



Galatasarayın rəqibi üzərindəki ən böyük hesablı qələbəsi 12 fevral 1911-ci ildə 7-0 hesabı ilə olmuşdur. Fenerbahçe isə ən böyük hesablı qələbəsini 2002-ci il 6 noyabr tarixində 6-0 hesabı ilə qazanmışdır.


Ən son qarşılaşma isə 25 avqust tarixində superkubok görüşü olmuş və Fenrbahçe oyunsonrası penaltilərlə rəqibini 3-2 hesabı ilə məğlub etmişdir.

Hər iki komanda 19 dəfə Türkiyə çempionu titulunu qazanmışdır. Bundan əlavə Türkiyə kubokunu Galatasaray 15, Fenerbahçe isə 6 dəfə, Türkiyə superkokunu isə uyğun olaraq 13 və 8 dəfə qazanmışlar.

Beynəlxalq uğurlarda isə Galatasaray bir dəfə Avropa Kuboku və Superkubokunu başı üzərinə qaldırmışdır.

Öz aralarındakı görüşlərdə:
Türkiyə Çempionatında 56 qələbə Fenerbahçedə, Galatasarayda 32 qələbə, 35 bərabərlik. Bu görüşlərdə Fenerbahçe 152, Galatasaray 111 qol vurmuşdur.
Türkiyə Kubokunda 12 qələbə Galatasarayda, 3 qələbə Fenerbahçedə, 10 bərabərlik. Galatasary 44 qol, Fenerbahçe 27 qol vurmuşdur.

Ən çox derbidə iştirak edən oyunçular Galatasaraydan 56 oyunla Turgay Şeren, Fenerbahçedən 49 oyunla Esat Kanerdir.

Ən çox rəqib komandaya qol vuran oyunçular isə Fenerbahçedən 30 qolla Zeki Rıza Sporel, Galatasaraydan 22 qolla Tanju Çolakdır.

Derbi tarxində ən çox (71 dəfə) 1-0 hesabı qeydə alınıb.

Ən bol qollu qarşılaşmalar isə 1983 və 2001-ci illərdəki 4-4 hesabıdır.

21 sentyabr 2003-cü ildə Atatürk Stadionundakı matç 70.125 biletli izləyici ilə rekord qırmışdır.

Ardıcıl qələbə qazanma rekordu 1909-1913-cü iillərdəki ilk qarşılaşmalarda 8 matçla Galatasarayda, ən uzunmüddətli məğlub olmama isə 18 matçla Fenerbahçeyə məxsusdur.

Komandalar arasında ən çox qarşılaşma keçirilən stadion İnönüdəki Mihatpaşa stadionudur. (130 matç)

Biri türk olmaqla (Mustafa Denizli) 6 baş məşqçi hər iki komandanın sükanı arxasında olub.

Fenerbahçenin rəngləri Sarı-lacivərt, Galatasarayda isə sarı-qırmızıdır.

Fenerbahçe rəqiblərini Şükrü Saraçoğlu stadionunda, Galatasaray isə Türk Telekom Arenada qəbul edir. Hər iki komanda öz meydanındakı son oyundan qalib ayrılmışdır. Rəqib meydandakı son qələbəni isə Fenerbahçe 2012-ci, Galatasaray 1999-cu ildə qazanıb.


Tarix: 04.12.2014 / 17:11 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Futbol
loading...