Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nildə ölüm (film, 1978)

"Nildə ölüm" (ing. Death on the Nile) — rejissor Con Gillerminin filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Mükafatlar və nominasiyalar
3.1 Mükafatlar
3.1.1 1978-ci ilin "Oskar" mükafatı:
3.1.2 1978-ci ilin "BAFTA" mükafatı:
4 Filmin heyəti
4.1 Film üzərində işləyənlər
4.2 Rollarda


Məzmun

Nil boyunca üzən paroxodda gənc milyonçu qız öldürülmüşdür. O, yenicə ərə gedib və çoxlu düşməni var. Lakin hadisədə şübhəli bilinən şəxslərin heç biri bu qətli törədə bilməzdi. Elə həmin gəmidə üzən tanınmış xəfiyyə Erkül Puaro bu sirli tapmacanın cavabını tapır.

Film haqqında
Filmdə 5 "Oskar" mükafatı almış aktyor eyni vaxtda çəkilirdi: Piter Ustinov (1960, 1964), Corc Kennedi (1967), Bett Devis (1935, 1938), Meqqi Smit (1969, 1978), Devid Niven (1958).

Mükafatlar və nominasiyalar

Mükafatlar

1978-ci ilin "Oskar" mükafatı:
Ən yaxşı kostyumlar dizaynına görə – Entoni Pauell

1978-ci ilin "BAFTA" mükafatı:
Ən yaxşı kostyumlar dizaynına görə – Entoni Pauell

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Aqata Kristi
Ssenari müəllifi : Entoni Şaffer
Rejissor : Con Gillermin
Operator : Cek Kardiff
Bəstəkar : Nino Rota
Prodüser : Con Braburn
Geyim üzrə rəssam : Entoni Pauell

Rollarda
Piter Ustinov – Erkül Puaro
Lois Çaylz – Linnet Doyl
Saymon Makkorkindeyl – Saymon Doyl
Mia Ferrou – Jaklin de Belfor
Ceyn Birkin – Luiza Burje
Corc Kennedi – Endrü Penninqton
Bett Devis – Mari van Shöyler
Meqqi Smit – miss Bauers
Ancela Lensberi – Salomeya Otterborn
Oliviya Hassi – Rozali Otterborn
Devid Niven – polkovnik Reys
Con Finç – cənab Ceyms Ferqüson
Cek Uorden – doktor Bessner


Tarix: 22.02.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 310 Bölmə: Filimler
loading...