Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Layihə A (film, 1983)

Layihə A (ing. «Project A» / «Pirate Patrol» / «Jackie Chan's Project A», Çincə:A計劃; Jyutping: A Gai3 Waak6 - 'A' gai waak) — Ceki Çanın məşhur filmlərindən biridir.Mündəricat
1 Şüar
2 Məzmun
3 Mükafatlar
4 Maraqlı faktlar
5 İstinadlar
6 Xarici keçidlər


Şüar
Nonstop Action On The High Seas! (azərb. Açıq dənizdə davamlı hərəkət!)

Məzmun

XX əsrin əvvəlləri. Honq Konq. Çinin dənizində Lo adlı dəniz quldurunun başçılığı ilə müxtəlif gəmilər təzyiqə məruz qalır. Onlarla mübarizə etmək üçün dövlət tərəfindən xüsusi layihə hazırlanılır. Bu layihənin adı "Layihə A" adlanır. Lakin bu plan çox da işə yaramır. Təcrübəli dəniz qulduru olan Lo həmişə dövləti qabaqlayır. Bu layihəni həyata keçirmək üçün təcrübəli şəxslərə ehtiyac duyulur. Bu səbəbdən layihəni davam etdirmək üçün işi Honq Konq Dəniz Polisi olan "Əjdaha" ləqəbli Ma və onun dostları öz üzərilərinə götürür...

Mükafatlar
1985: Hong Kong Film Award
"Ən yaxşı döyüş kadrları"
"Ən yaxşı aktyor": Ceki Çan (bu mükafatı ona vermədilər)

Maraqlı faktlar
Ceki Çanın filmdə Qüllədən düşmə kadrı çoxdan planda idi. Lakin Ceki özünü toplamaq üçün çoxlu vaxt ayırmışdır. Ceki Çan Qüllədən düşən zaman onurğa sütunu, boğazı əzilmiş, boynu burxulmuş, barmağları və burnu sınmışdır. Lakin Ceki Çan birinci cəhdi uğursuz saydığından daha sonra iki dəfə də Qüllədən tullanmışdır.


Tarix: 22.02.2013 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 133 Bölmə: Filimler
loading...