Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi və qadın (film, 1966)

"Kişi və qadın" (fr. Un homme et une femme) — rejissor Klod Leluşun filmi.Mündəricat
1 Məzmun
2 Mükafatlar və nominasiyalar
2.1 Mükafatlar
2.1.1 1966-cı ilin "Oskar" mükafatı:
2.1.2 1968-ci ilin "BAFTA" mükafatı:
2.1.3 1966-cı ilin Kann kinofestivalı:
2.1.4 1967-ci ilin "Qızıl qlobus" mükafatı:
2.2 Nominasiyalar
2.2.1 1966-cı ilin "Oskar" mükafatı:
2.2.2 1968-ci ilin "BAFTA" mükafatı:
2.2.3 1967-ci ilin "Qızıl Qlobus" mükafatı:
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda
4 Xarici keçidlər
4.1 Video
4.1.1 İzlə


Məzmun

Film gənc dul qadın Anna ilə avtomobil yarışçısı, dul kişi Jan-Luinin bir-birinə olan məhəbbətindən bəhs edir. Annanın əri kaskadyor olmuşdu və kino çəkilişləri vaxtı həlak olmuşdu. Jan-Luinin arvadı isə onun yarış zamanı həlak olduğunu eşidib özünə qəsd etmişdi.

Anna ilə Jan-Lui təsadüfən rastlaşmışdılar. Onların uşaqları Dovildəki pansionda oxuyur. Anna qatara gecikir və Jan-Lui onu evinə qədər aparmalı olur. Onların arasında dərhal qarşılıqlı cazibə hissi baş verir. Bu hiss isə tədricən sevgiyə çevrilir.

Mükafatlar və nominasiyalar

Mükafatlar

1966-cı ilin "Oskar" mükafatı:
Xarici dildə ən yaxşı filmə görə
Ən yaxşı orijinal ssenariyə görə

1968-ci ilin "BAFTA" mükafatı:
Ən yaxşı xarici aktrisa – Anuk Eme

1966-cı ilin Kann kinofestivalı:
Qızıl Palma Budağı – Klod Leluş
Beynəlxalq Kinematoqrafiya Katolik Təşkilatı (OCIC) – Klod Leluş

1967-ci ilin "Qızıl qlobus" mükafatı:
Ən yaxşı xarici film
Ən yaxşı dram aktrisası – Anuk Eme

Nominasiyalar

1966-cı ilin "Oskar" mükafatı:
Ən yaxşı qadın roluna görə – Anuk Eme
Ən yaxşı rejissorluğa görə – Klod Leluş

1968-ci ilin "BAFTA" mükafatı:
Ən yaxşı film

1967-ci ilin "Qızıl Qlobus" mükafatı:
Ən yaxşı rejissor – Klod Leluş
Ən yaxşı musiqi – Fransis Ley
Ən yaxşı mahnı – "Kişi və qadın" (musiqisi: Fransis Ley, sözləri: Pyer Baru)

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri : Klod Leluş, Pyer Utterhoven
Rejissor : Klod Leluş
Operatorlar : Klod Leluş, Patris Puge
Bəstəkar : Fransis Ley
Prodüser : Klod Leluş

Rollarda
Anuk Eme – Anna Qotye
Jan-Lui Trentinyan – Jan-Lui Dürok
Pyer Baru – Pyer Qotye
Valeri Laqranj – Valeri Dürok
Antuan Sir – Antuan Dürok
Suad Amidu – Fransuaz Qotye
Anri Şemen – Jan-Luinin ortağı
Yan Barri – Jan-Luinin sevgilisi


Tarix: 22.02.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 306 Bölmə: Filimler
loading...