Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kikboksçu (film, 1989)

Kikboksçu (ing. Kickboxer) - Jan-Klod Van Dammın məşhur filmlərindən biridir. Filmin səhvən göstərilmişdir ki, Tanq Po öz rolunu oynayır. Əslində isə Tanq Po rolunu Van Dammın uşaqlıq dostu Mişel Kissi ifa edir.

Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Kikboks çempionu Erik Sloun Tailanda getməyə hazırlaşır. Onun məqsədi turnirdə Tanq Po üzərində qələbə çalaraq Tailandda çempion olmaqdır. Erik Slounun valideynləri boşanmışdır. Erik atasının yanında, kiçik qardaşı Kurt Sloun isə anasının yanında böyüyüb. Kurt Erikin yanında köməkçi olaraq onunla birlikdə Tailanda yola düşür. Döyüşdən əvvəl Kurt qardaşının rəqibi olacaq Tanq Ponun divara dayanmadan çoxlu zərbə endirməsini görərək qardaşını fikrindən daşındırmaq istəyir, amma buna nail ola bilmir. Döyüşdə Kurt Erikin məğlub olacağını görərək döyüş meydanına dəsmal atır. Amma Tanq Po dəsmalı kənara tullayaraq Erikin onurğa sütununu sındıraraq onu paralic edir. Bu zaman Kurt müqavimət göstərmək istəsə də bacara bilmir. Kurtun qardaşını xəstəxananın yerinə küçəyə qoyurlar. Teylor adlı keçmiş qaradərili hərbiçi Erikin qardaşının xəstəxanaya getməsini təmin edir. Kurt xəstəxanada qardaşının gəzə bilməyəcəyini öyrənir. Uzun müddətdən sonra Teylor Kurtla görüşərək onu Ziyan adlı kikboks müəlliminin yanına aparır. Kurt əvvəlcə məşqlərdə yaxşı olmasa da, sonralar bunların üstəsindən gəlməyi bacarır. Kurt hazırlaşdıqdan sonra döyüş keçirir və qalib olur. Bu zaman Kurt Tanq Ponun menecerlərinə, onun Tanq Po ilə döyüşmək istədiyini bildirir. Menecerlər onunla razılaşır. Amma bir müddət sonra onlar xəstəxanadan yenicə qayıtmış Eriki oğurlayır və döyüş zamanı qardaşını öldürməmələri üçün Kurtun məğlub olacağını söyləyirlər. Kurt isə qardaşına görə onlarla razılaşmağa məcbur olur. Tanq Ponun menecerləri Kurtun məğlub olacağı zamanı heyətlərdən çoxlu pul əldə edəcəkdilər. Gecələrin birində Kurtun sevdiyi Ziyanın qızı olan Mayli gizlicə olaraq Tanq Ponun yanına gətirilir. Döyüş zamanı Tanq Po və Kurt üz-üzə gəlir. Bir müddətdən sonra Kurt Maylinin Tanq Po tərəfindən zorlandığı öyrənərək daha da qəzəblənir. Amma onun başqa çarəsi olmadığından heçnə edə bilmir. Bu sırada onun qardaşı Ziyan və Teylor tərəfindən xilas olunur. Kurt qardaşının səsini eşidərək Tanq Po ilə ciddi döyüşməyə başlayır və onu məğlub halına salır. Tanq Po qaydanı pozaraq onun üzərinə alovlu taxa ilə gəlir. Amma Kurt bütün bunların üstəsindən gələrək onu məğlub edir və döyüşün qalibi olur.


Tarix: 22.02.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 247 Bölmə: Filimler
loading...