Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İrəli, Hindistan (film, 2007)

"İrəli, Hindistan" (hindi चक दे इंडिया) — rejissor Şimit Aminin filmi.Mündəricat
1 Məzmun
2 Filmin Heyəti
2.1 Filmin üzərində işləyənlər
2.2 Rollarda


Məzmun

Bu film Hindistanın Dehli şəhərində keçirilən Xokkey üzrə Dünya Kuboku yarışının son dəqiqələri ilə başlayır. Oyun Pakistan və Hindistanın kişilərdən ibarət xokkey üzrə komandaları arasında aparılır. Belə ki, Pakistan 1:0 hesabı ilə irəlidədir. Elə bu zaman oyunda qayda pozuntusu baş verir və penalti təyin edilir. Penaltini yerinə yetirməyi Hindistan komandasının kapitanı, xokkey üzrə super ulduz Kəbir Xan öz üzərinə götürür. İş elə gətirir ki, Kəbirin zərbəsi nəticəsində top qapının azacıq üstündən keçir və bunun nəticəsində Hindistan yığma komandası məğlub olur. Tezliklə Hindistanın bütün mediyası bunu başqa cür qələmə verir. Onların sözlərinə görə, Kəbir topu son anda bilə-bilə qapının üstündən vurmuşdur ki, məhz Pakistanın yığma komandası qalib gəlsin. Hindistanda hər kəs Kəbiri vətən xaini hesab etməyə başlayır. Hətta iş o yerə gəlib çatır ki, Kəbirin qonşuları onu və birgə yaşadığı anasını həmin məhəllədən qovurlar.

Bu hadisələrin üstündən 7 il keçir. Artıq Hindistanda zəif də olsa qadınlardan ibarət xokkey üzrə yığma komanda var. Lakin bu komandanın məşqçisi yoxdur. Kəbir Xan 7 ildən sonra olsa da "vətən xaini" olmadığını sübut eləmək məqsədilə həmin komandanın məşqçisi olmağa razılıq verir. Kəbirin məqsədi nəyin bahasına olursa olsun, Hindistanın qadınlardan ibarət xokkey komandasına Dünya Kubokunu qazandırmaqdır.

Kəbir Xan bu çətin işin öhdəsindən gələrək kuboku öz ölkəsinə – Hindistana gətirir. Filmin sonunda bir vaxtlar onu anası ilə birlikdə məhəllədən qovan qonşular Kəbiri yenə də anası ilə birlikdə qəhrəman kimi qarşılayırlar.

Filmin Heyəti

Filmin üzərində işləyənlər
Ssenari müəllifləri : Caydip Sahni
Rejissor : Şimit Amin
Operator : Sudip Çatterci
Prodüserlər : Aditya Çopra, Yaş Çopra
Bəstəkarlar : Səlim Merçant, Süleyman Merçant

Rollarda
Şahrux Xan – Kəbir Xan
Vidya Malvade
Saqarika Qatge
Çitraşi Rauat
Şilpa Şukla
Tanya Abrol
Anaita Nair
Şubhi Mehta
Sima Əzmi
Nişa Nair
Arya Menon
Sandiya Furtado


Tarix: 22.02.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 205 Bölmə: Filimler
loading...