Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xarabalıqdan olan milyonçu (film, 2008)

Britaniya da çəkilmiş Zibillik Milyonçusu adlı film, ötən gecə Hollivud da keçirilmiş 81.Oskar mükafatı ‎ mərasimində 8 Oskara layiq görülüb.

(İngilis dili: Slumdog Millionaire; Hind dili: स्लमडॉग मिलियनेयर), Rejissor Dənni Boyl un çəkdiyi film, ən prestijli hesab edilən "ən yaxşı film" və "ən yaxşı rejissor" kateqoriyalarında qalib gəlib.

Ümumulikdə, britaniyalılar çox yaxşı nəticə göstəriblər. Keyt Uinslet "ən yaxşı aktrisa" üçün Oskar qazanıb.

Zibillik Milyonçusu, Bombey in yoxsul məhəllələrindən birində yaşayan yetim bir oğlan haqqındadır.

"Kim Milyonçu Olmaq İstəyir?" adlı şouda qalib gəldikdən sonra onun bütün həyatı dəyişir.

Elə filmdə baş rolda çəkilmiş Dev Patelin də həyatı yəqin ki, ötən gecədən sonra tamamilə dəyişəcək:

"Bu film olmasaydı yəqin ki, indi mən səhər məktəbə getməyə hazırlaşardım. Ya da Oskar mərasiminə televiziya ilə baxardım. İndi isə budur – qırmızı xalçanın üstündə durmuşam. Bu film mənim üçün, ailəm üçün o qədər qapı açıb ki! Bu, bir möcüzədir!".

Bu qapıları açmaqda, ən yaxşı rejissor kimi Oskar alan, britaniyalı rejissor Dənni Boylun da rolu böyük olub.

Mükafatı almaq üçün podiuma yaxınlaşarkən, uşaq kimi atılıb-düşməsinin səbəbini rejissor belə açıqladı:

"Uzun illər əvvəl mən uşaqlarıma söz vermişdim ki, əgər bu möcüzə baş versə, onu Vinni Puxun qəhrəmanlarından biri Tiqa kimi, atılıb- düşərək qəbul edəcəm".

Hindistan barədə çəkilmiş bu film həmin ölkədə böyük şadyanalığa səbəb olub.

Düzdür, həmin zibilliklərdə yaşayan insanların çoxu ömürləri boyunca heç zaman kinoteatrda olmayıblar.

Lakin ölkənin xarici işlər naziri Pranab Muxerci xəbərdən qürur hissi duyduğunu deyib:

"Bu çox böyük bir şərəfdir. Ölkəmiz üçün gözəl bir xəbərdir."

Filmdə, elə həmin zibilliklərdə yaşayan bir qrup uşaq da çəkilmişdi. Onlardan ikisi Hollivuda, qırmızı xalça üzərindən, Brəd Pitt, Ancelina Joli, Leonardo Di Kaprio, Entoni Hopkinslə yanaşı keçərək, Oskarları canlı izləmək imkanı əldə etmişdilər.

On yaşlı Əjəruddin İsmayılın atası Məhəmməd deyir ki, bu filmin zəfəri Hindistan üçün də böyük qələbədir:

"İndiyə qədər heç bir hindistanlı aktyor belə bir yüksək mükafata layiq görülməmişdi. Bu uşaqların Oskar almasıyla mən fəxr edirəm. Onlar bu Oskarı Hindistan üçün alıblar."


Tarix: 22.02.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 221 Bölmə: Filimler
loading...