beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Eşq təsadüfləri sevər" (türk. Aşk tesadüfleri sever) — rejissor Ömər Faruk Sorağın filmi.Mündəricat

Əjdahaya giriş — 1973-cü ildə Brüs Linin iştirakı ilə çəkilən Honq Konq filmidir. "Əjdahaya giriş" filmi 2004-cü ildə "Amerika Birləşmiş Ştatları Konqresinin Kitabxanası" tərəfindən "mədəniyyət, tarixi ve estetik olaraq mühüm film" sırasına seçilərək ABŞ Milli Film Arxivində muhafizə edilmesinə qərar verilmişdir.[1] Bu film ABŞ kinokompaniyası Warner Bros. tərəfindən istehsal edilən ilk filmdir. Brüs Linin 20 İyul 1973-cü ildə vəfat etməsindən 6 gün sonra 26 İyul 1973-cü ildə filmin Honq Konqda ilk çıxış tarixi olmuşdur. Filmin ssenariyası orijinal ssenariyadan müxtəlif cəhətləri ilə fərqlənir.Mündəricat
1 Məzmun
2 Rollarda
3 Saundtrek
4 İstinadlar
5 Xarici keçidlər


Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Gizli agent orqanizasiya nümayəndəsi olan Bretveyt Lidən (Brüs Li) Hanın hazırladığı döyüş turnirinə qatılmağı istəyir. Li Şaolin məbədinin ən güclü tələblərindən biridir. Li müəllimindən öyrənir ki, bir vaxtlar Han da buranın döyüşçüsü olmuş, lakin məbəddə öyrəndiyi döyüş sənətindən hakimiyyəti ələ almaq üçün istifadə etmişdir. Bu səbəbdən Han məbəddən qovulmuşdur.

Han İkinci Dünya müharibəsindən sonra adanı ələ keçirmiş və burada hər üç ildən bir döyüş turniri hazırlamaqla və onun hakimiyyəti altında olan qızlara gizli formullu narkotik verməklə itaəti altında saxlamaq və digər qadağan olunmuş işlərlə məşğul olurdu. Onun bir əli olmadığından kəsici dəmir əllər taxırdı. Gizli agentlik burada olan əxlaqsız qadınlar sırasına Mey Lun adlı agent qızı göndərmişlər. Lakin ondan hal-hazırda xəbər yoxdur. Gizli orqanizasiya əvvəlcə bura agent göndərməli, sonra bütün heyət üzvləri ilə Hanın qüvvələrini yox etməlidilər.

Bir müddət keçdikdən sonra Li atasından Hanın əlaltılarından biri olan güclü döyüşçü O'Haranın bacısı Su Linin ölməsinə səbəb olduğunu öyrənir. Bu səbəbdən Li Hanın qüvvələrini zərərləşdirməklə yanaşı intiqam almaq niyyətindədir. Kiçik qayıq conklarda gələn döyüşçülərdən olan amerikanlı Roper və afroamerikanlı Uilyams turnirə qatılmaq niyyətindədirlər. Bu agentlərin bura gəlməsinə səbəb həyatlarında baş verən hadisələrdir. Roper döyüşün qalibi olaraq çoxlu pul qazanaraq bandit qruplarına uduzduğu pulu qaytarmaq məcburiyyətindədir. Bu səbəbdən üzərinə gələn bandit qrupunun üzvlərini döyərək turnirə qaçmağa məcbur olur. Digər döyüşçülərdən biri olan Uilyams Los Ancelesdə polislərlə baş vermiş toqquşmada polisləri döyməyə məcbur olur. Dalaşdıqdan sonra həbsdən qaçmaq üçün turnirə qatılmağa məcbur olur.

Turnirin açılış mərasimi olur. Gecə vaxtı isə şənlik olur və döyüşçülərə əxlaqsız qadınlar təklif olunur. Onlardan yalnız Li yanına bir qadının gəlməsini istəyir. Həmin qadın isə bura göndərilən və itmiş hesab olunan Mey Lundur. Li onunla Han haqqında bir sıra gizli məlumatları öyrənir.

Sabahısı gün turnir baş verir. Agentlər müntəzəm olaraq digər döyüşçülərlə vuruşaraq onlara qalib gəlir. Döyüşlərin birində Li O'Hara ilə rastlaşır. Li onun üzərində qələbə çalır. Lakin O'Hara təslim olmayaraq onu öldürmək niyyətinə düşür. Bu səbəbdən Li onu öldürməyə məcbur olur. Bununla da Li intiqam hissini nisbətən olsa da, yatırda bilir.

Döyüşlərin birində döyüş bitdikdən sonra Han Uilyamsı kabinetinə çağıraraq onu polis gözətçilərini döyməkdə təqsirləndirir. Uilyams isə bunu üzərinə götürməyərək adanı tərk etmək niyyətindədir. Lakin bu zaman Hanın döyüşçüləri və onunla döyüşməyə məcbur olur. Uilyams Han ilə döyüşən zaman narkotik təsiri altında olan qızları görür. Döyüşdə Han Uilyamsı kəsici dəmir əlləri ilə öldürür.

Han gecə vaxtı yanına Roperi çağırır. Han Roperə onun ABŞ-da olan nümayəndə olmasını təklif edir. Bu zaman Han Roperə dostlarından biri olan Uilyamsın ölmüş bədənini göstərir. Roper dişlərini qıcıyaraq onunla razılaşır. Bu müddətdə Hanın haqqında informasiyları ələ keçirməyə çalışan Li Hanın qurduğu tələyə düşür. Amma Hanın böyük olduğunu sübut edən dəlillər haqqında Li artıq tələyə düşməmişdən əvvəl polislərə radioqurğu vasitəsilə ötürmüşdür.

Sabahısı gün yenidən turnir baş verir. Li nəzarət altında döyüşü müşahidə edirdi. Roper Hanın hal-hazırdakı ən güclü döyüşçüsü olan Bolo ilə döyüşür. Döyüş bitdikdən sonra Roper ona qalib gəlir. Bu zaman hiddətlənən Han Li və Roperin üzərinə bütün döyüşçülərini göndərir. Li və Roper döyüşçülərin hamısını döyməyə başlayır. Bu zaman Mey Lun tərəfindən azad edilmiş dustaqlarda Li və Roperin tərəfində vuruşmağa başlayır. Döyüş zamanı Han güzgü zalına qaçır. Li isə onu tutmaq niyyətindədir. Lakin güzgülərdə çoxlu görüntülər əmələ gəlir və bu səbbədən Li onunla döyüşərkən çətinlik çətir. Bu zaman onun yadına müəlliminin: «Düşmənin illyuziyasını sındır və onun əsl görüntüsünün şəklini çək» sözləri düşür. Li aynaları sındırmağa başlayır. Sonda Li Han ilə üz-üzə gəlir və onu məğlub edərək öldürür. Bu müddətdə polislər adaya çatırlar.

Rollarda

Filmdən kadrAktyorRol
Brüs LiLi
Con SeksonRoper
Kyen ŞiHan
Cim KelliUilyams
Bolo YenBolo
Robert UollO'Hara
Ahna KapriTanya
Piter ArçerParsons
Sammo HunŞaolin döyüşçüsü
Ceki ÇanHanın döyüşçülərindən biri
Yuan ByaoTurnir döyüşçülərindən biri
Pet E. ConsonHud
Ancela MaoSu Lin
Tadaşi YamaşitaTurnir döyüşçülərindən biri
Betti ÇanqMey Linq


Tarix: 22.02.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 235 Bölmə: Filimler