Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın elçisi Məhəmməd (film, 1976)

"Allahın elçisi Məhəmməd" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi.Mündəricat
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda


Məzmun

Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin (s.ə.s.) yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd sallallahu əleyhi və salləmin üzü heç göstərilməmişdir. Sadəcə bəzi olaylar onun gözü ilə verilmişdir.

Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur.

Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd peyğəmbər (s.ə.s.) Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd peyğəmbər öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır. Bu vuruşmadan sonra Kəbə əhalisi də onun peyğəmbərliyini və Allahın elçisi olmasını qəbul edir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : H.A.L. Kreiq
Rejissor : Mustafa Akkad
Operatorlar : Səid Beyker, Cek Hildyard, İbrahim Salam
Bəstəkar : Moris Jarr
Prodüserlər : Mustafa Akkad, Harold Bak, Məhəmməd Sənusi

Rollarda
Entoni Kuinn – Həmzə
Ayren Papas – Hind
Maykl Ansara – Əbu Sufiyan
Maykl Forest – Xalid
Conni Sekka – Bilal
Donald Barton – Ammar
İven Solon – Yasir
Andre Morell – Əbu Talib
Volf Morris – Əbu Ləhab
Rozali Kraçli – Sumayya
Demien Tomas – Zeyd


Tarix: 21.02.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 201 Bölmə: Filimler
loading...