Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şərəfsiz əclaflar (film, 2009)

"Şərəfsiz əclaflar" (ingiliscə Inglourious Basterds) – Kventin Tarantino rejissoru, əsərin və ssenarinin müəllifi olan, ikinci dünya müharibəsi zamanı bir qrup insanın nasistlərə qarşı, eyni vəhşiliklə, mübarizə aparması haqda bədii filmdir. Maliyyə cəhətdən Tarantinonun ən uğurlu filmidir, dünya üzrə gözlənilən yığım 200 milyon USD çoxdur. Bu film Kriminal Qiraət filmindən sonra Kventin Tarantinonun ən uğurlu filmi hesab edilir. Filmin premyerası 2009-cu il mayın 20-də Fransanın Kann şəhərində olmuşdu. Filmin adı Enzo Ci. Kastellarinin "Inglorious Bastards" (1977) filmindən götürülüb. Bu səbəbdən orijinal adında bilərəkdən iki səhv edilib "Inglourious Basterds" və bəzən filmin adı ingilis dilindən digər dillərə tərcümə ediləndə də, bilərəkdən səhvlərlə tərcümə edilir.

Mündəricat
1 Məzmun
2 Kinotənqidçilərin münasibəti
3 Mükafatları
4 Xarici keçidlər


Məzmun

Film beş hissədən ibarətdir:
"Once Upon a Time in Nazi-occupied France" (tərc.: Nasistlərin zəbt etdiyi Fransada) – "Yəhudi ovçusu" SS-Standartenfürer Hans Landa bir fransız fermerinin öz evində yəhudi ailəsini gizlətdiyi haqda bilib, sərəncamında olan nasist-əsgərlərlə, həmin fermerin yanına baş çəkir. Fermeri hədələyib yəhudilərin gizləndikləri yeri öyrəndikdən sonra, əsgərlərinə onları elə gizləndikləri yerdəcə, yəni döşəmənin altında, güllələmək tapşırığı verir. Tək 18-yaşlı Şoşana Dreyfusa qaçmaq müyəssər olur...

Bred Pitt (Aldo Reyn)
"Inglourious Basterds" – Bu zaman ingiltərəli leytenant Aldo Reyn (Bred Pitt) ABŞ-da yəhudi köklü əsgərlərdən bir dəstə yığır və bu dəstənin bircə məqsədi var: nasistləri rəhmsizcəsinə, əzabla məhv etmək! Bu dəstə haqda məlumat bütün Almaniyaya yayılır və onlara "Əclaflar" adı verilir. Leytenant Aldoya isə nasistlərin tükü ilə birlikdə baş dərisini soyduğuna görə "Apaçi" ləqəbi verilir...
"German Night in Paris" (tərc.: Parisdə alman gecəsi) – Sağ qalmış Şoşana adını dəyişib, onun adı indi Emmanuel Mimödir və o, Parisdə kinoteatr sahibinin evində məskunlaşır. Kinoteatrın sahibi öləndən sonra, kinoteatr "xalasından" Mimöyə qalır. O qisas arzusu ilə yaşayır. Mimödən xoşlanan Fredirik Soller SS-propaqanda nazirinin Yosef Göbbelsin çəkdiyi "Məllətin Qüruru" filminin əsas qəhrəmanıdır. O, Göbbelsi "Alman gecəsi"-ni məhz Mimönun kinoteatrında keçirtməyə razı salır. SS-in bütün rəhbərliyi bu gecədə iştirakı gözlənilir, hətta Hitlerin özünün də gələcəyi barədə şayiələr gəzir...
"Operation Kino" – Keçiriləcək "Alman gecəsi" barədə xəbər tutan İngiltərə ordu rəhbərliyi, leytenant Ançi Hikoksu "Əclaflar"-ın yanına təxribat hazırlamaq üçün göndərir. Onlar Bridcet fon Hammersmark ilə görüşməlidirlər, hansı ki, "Əclaflar"-ı kinoteatra keçirdəcək. Lakin görüş yerində ingilis leytinantının aksenti SS-əsgərlərini şübhələndirir. Atışma nəticəsində, təxribatda iştirak edəcək iki "Əclaf" və Ançi ölür, Bridcet isə ayağından yaralanır...

Melani Lauren (Şoşana Dreyfus)
"Revenge of the Giant Face" (tərc.: Nəhəng üzün qisası) – "Əclaflar", əsas təxribatçılarını itirməklərinə baxmayaraq, planlarını həyata keçirtməyə çalışırlar. "Yəhudi ovçusu" təxribatın hazırlandığnı bilir, lakin ingilis rəhbərliyi ilə razılığa gəlmək istədiynə görə təxribatın qarşısını almır...
Artıq hər şey hazırdır. Bütün SS-rəhbərliyi qapıları bağlanılmış kinoteatrda, əzab və qorxu içində ölmək gözləyir, Şoşana qisasa başlaya bilər...

Kinotənqidçilərin münasibəti

Film əksər kinotənqidçilər tərəfindən müsbət qarşılandı. Nüfuzlu Taym jurnalı Tarantinonun İkinci Dünya müharibəsi üçün orijinal sonluq fikirlşəməsini tərifləyib:
"Hamı bilir ki, iş necə qurtaracaq. Pis oğlanlar uduzacaq. Adolf Hitler öz bunkerində öləcək. Hanı burda intriqa? Hanı gözlənilməz hadisələr? Müharibə haqqında olan əksər filmlər üçün tarixi faktlar - müqəddəs bir şey kimidir. Bu cəhətdən "Şərəfsiz əclaflar" digər müharibə filmlərindən yaxşı mənada fərqlənirlər".

Rocer Ebert "Şərəfsiz əclaflar"ı ilin ən yaxşı filmlərindən biri adlandırıb və sonra belə əlavə edib:
"Bu kinoəsərin mərkəzində Qəhrəman, Nasist və Qızdır. Tarantino növbəti dəfə güclü xarakter yaratmaq məharətini göstərib; onun yaratdığı sürətlər kinoda gördüyümüz əksər personajlardan daha əzəmətli görünürlər".


Tarix: 20.02.2013 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 406 Bölmə: Filimler
loading...