Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şarada (film, 1963)

"Şarada" (ing. Charade) — rejissor Stenli Donenin filmi.Mündəricat
1 Məzmun
2 Sitatlar
3 Mükafatlar və nominasiyalar
3.1 Mükafatlar
3.1.1 1964-cü ilin "Edqar Allan Po" mükafatı:
3.1.2 1965-ci ilin "BAFTA" mükafatı:
3.2 Nominasiyalar
3.2.1 1964-cü ilin "Oskar" mükafatı:
3.2.2 1964-cü ilin "Qızıl Qlobus" mükafatı:
4 Filmin heyəti
4.1 Film üzərində işləyənlər
4.2 Rollarda


Məzmun

Recina Lempert adlı gənc qadın nikahda o qədər də xoşbəxt deyil və boşanmaq istəyir. Qış kurortundan Parisə – YUNESKO-da sinxron tərcüməçi işlədiyi yerə qayıdarkən, ərinin öldürüldüyünü eşidir. Onun meyitini qatardan atmışdılar. Lakin əri bu hadisəyə qədər bütün əmlakını 250 min dollara satmışdı. Amerika səfirliyinin əməkdaşlarından biri olan Bartolomyu onu bu qara işin təhlilinə cəlb edir. Demə, Recinanın ərinin keçmiş iş yoldaşları bu pulları əldə etmək istəyirlər. Recina istirahət zamanı tanış olduğu amerikalı Piter Coşuanın dəstək və köməyilə böyük bir təhlükə altında bu işə girişir. Tezliklə fırıldaqçıların özləri ortaya çıxırlar. Lakin onlar bir-birinin ardınca öldürüldükdə iş bir az da dolaşığa düşür...

Sitatlar
"Ah, mən səni sevirəm, Adam, Aleks, Piter, Brayan".

Mükafatlar və nominasiyalar

Mükafatlar

1964-cü ilin "Edqar Allan Po" mükafatı:
Ən yaxşı bədii film – Piter Stoun

1965-ci ilin "BAFTA" mükafatı:
Ən yaxşı britaniyalı aktrisa – Odri Hepbern

Nominasiyalar

1964-cü ilin "Oskar" mükafatı:
Ən yaxşı mahnıya görə (musiqisi: Henri Mançini, sözləri: Conni Merser)

1964-cü ilin "Qızıl Qlobus" mükafatı:
Ən yaxşı komediya aktyoru – Keri Qrant
Ən yaxşı komediya aktrisası – Odri Hepbern

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri : Piter Stoun, Mark Bem
Rejissor : Stenli Donen
Operator : Çarlz Lenq
Bəstəkar : Henri Mançini
Prodüser : Stenli Donen

Rollarda
Keri Qrant – Piter Coşua
Odri Hepbern – Recina Lempert
Uolter Mettou – Hamilton Bortolomyu
Ceyms Kobörn – Teks Pentollou
Corc Kennedi – Herman Skobi
Dominik Mino – Silvi Qode
Ned Qlass – Leopold Qideon
Jak Maren – Eduar Qranpyer
Tomas Çelimski – Jan-Lui Qode


Tarix: 20.02.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 278 Bölmə: Filimler
loading...