Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çapıqlı üz (film, 1983)

Çapıqlı üz (ing. Scarface) — 1983-cü ildə çəkilmiş Amerika epik kriminal dramdır. Baş rolda Al Paçinonun Toni Montananı canlandırdığı filmin rejissoru Brayan De Palma, ssenari müəllifi isə Oliver Stoundur. Hovard Houkun 1932-ci ildə çəkdiyi eyni adlı film əsasında çəkilmiş "Çapıqlı üz"də, 1980-ci ildə Mariel gəmi köçürülməsi nəticəsində Mayamiyə gələn uydurulmuş (real şəxsiyyət olmayan) Kuba köçkününün hekayəsi təsvir olunur. Montana 1980-ci il kokain bumu dövründə qüdrətli qanqsterə çevrilir. Süjet boyu onun Mayaminin kriminal aləmində yüksəlişinin və sonda yunan faciəsi tərzində enişinin xronikası təqdim edilir.


Tarix: 20.02.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 100 Bölmə: Filimler
loading...