Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vərəsə (film, 1949)

"Vərəsə" (ing. The Heiress) — rejissor Uilyam Uaylerin filmi.Mündəricat
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda


Məzmun

Ketrin Sloper sadə və utancaq bir qızdır. Atası onunla bağlı öz ümidsizliyini gizlətmir. Bir gün Ketrin Morris Taunsendlə tanış olur. Qız Morrisin ona olan diqqətini o dəqiqə hiss edir. Sadə Ketrin Morrisə dəlicəsinə vurulur və onlar evlənməyi planlaşdırırlar.

Ketrinin atası elə düşünür ki, Morris Ketrinlə ancaq onun mirasını ələ keçirmək üçün əlaqə qurub. Ata, Morrisə ərə gedəcəyi halda qızını mirasdan məhrum edəcəyini deyir. Ketrin olanlara fikir vermir və Morrislə gizli qaçmağı planlaşdırır. Gecə onlar qaçmalıdırlar. Ketrin evdə oturub səbirsizliklə Morrisin yolunu gözləyir. Lakin o, nədənsə gəlib çıxmır.

Bu hadisədən sonra Ketrinin ürəyi sınır. Bir-iki gün sonra qıza atasının ölüm ayağında olduğu məlum olur. Ketrin hələ də Morrisi sevdiyini atasına deyir. O, son dəfə atasından fikrini dəyişməsini xahiş edir. Atası bunu etmir və bir qədər sonra bütün var-dövlətini qızına qoyaraq vəfat edir.

Bir neçə il sonra Morris Kaliforniyadan qayıdır. O, yenə də Ketrinə öz sevgisini elan edir. O zaman nəyə görə qızı qaçırmadığını Ketrini ehtiyac içərisində saxlamaq istəməməsi ilə izah edir. Ketrin Morrisin bu sözlərinə qulaq asaraq yalandan yenə həmin gecə planlaşdırdıqları kimi qaçmaq istədiyini deyir. Morris qıza elə bu gecə onun ardınca gələcəyini, qız isə o gələnə qədər əşyalarını yığışdıracağını oğlana deyir.

Morris geri qayıdanda Ketrin ondan öz intiqamını alır. O, qulluqçuya qapını bağlamağı tapşırır. Morris gəlib qapını döyə-döyə, qızın adını qışqıra-qışqıra qalır. Xalası qızdan niyə belə qəddar olduğunu soruşur. Ketrin cavab verir: "Bunu mənə sahib öyrədib".

Film Ketrinin pilləkənlərlə ikinci mərtəbəyə qalxması və bu zaman Morrisin qaranlıqda cavabsız qalmış qışqırtılarının əks-səda verməsilə qurtarır.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Anri Ceyms
Ssenari müəllifləri : Rut Qetz, Aqastus Qetz
Rejissor : Uilyam Uayler
Operator : Leo Tover
Bəstəkar : Aaron Kopland
Prodüser : Uilyam Uayler

Rollarda
Oliviya de Hevillend – Ketrin Sloper
Montqomeri Klift – Morris Taunsend
Ralf Riçardson – Ostin Sloper
Miryam Hopkins – Laviniya
Mona Friman – Merian Elmond
Vanessa Braun – Mariya
Betti Linli – xanım Montqomeri
Rey Kollins – Cefferson Elmond
Selena Royl – Elizabet Elmond
Pol Lis – Artur Taunsend
Harri Entrim – cənab Ebil
Rass Konvey – Kvintus
Devid Sörzbi


Tarix: 20.02.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 274 Bölmə: Filimler
loading...