Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Milyonu necə oğurlamalı (film, 1966)

"Milyonu necə oğurlamalı" (ing. How to Steal a Million) — rejissor Uilyam Uaylerin filmi.Mündəricat
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda


Məzmun

Hadisələr 1960-cı illərdə Fransanın Paris şəhərində baş verir.

Şarl Bonne istedadlı rəssam-həvəskardır. O, dünya şöhrətli impressionistlərin oxşarını (saxtasını) düzəldərək onları orijinal kimi baha qiymətə nüfuzlu hərraclarda satır. Bundan başqa, Bonnenin evində çılpaq Veneranın heykəlciyi də var. Bu əsər italyan heykəltəraşı Çellininin adından təqdim olunaraq nüfuzlu bir sərgidə nümayiş olunmağa dəvət alıb. Bunun təhlükəli olduğunu və yalanın üstünün açılacağını deyən qızının xəbərdarlıqlarına baxmayan Bonne heykəlciyin sərgiyə getməsinə razılıq verir.

İncəsənətin dəlisi olan Amerika oliqarxı Devis Lilend sərgi salonunda Veneranı görür. Devis Veneraya yiyələnmək haqqında düşünür. Kolleksiyaya çıxmaq üçün yol axtarır və onun sahibi Lilend Nikolla tanış olur və cazibədar fransıza valeh olur. Məsələni uzatmağa adət etməyən milyonçu qıza təklif irəli sürür.

Axşam Nikol müəmmalı cənabı öz evlərində tapır. Bu – Saymon Dermott adlı saxtakarlıqları üzə çıxarmaq üzrə ixtisaslaşmış kriminalistdir. O, aşıq-aşkar Bonnenin rəsmlərilə maraqlanır və Van Qoqdan təzəcə düzəldilən saxta rəsmin rənglərindən nümunə götürür. Nikol əvvəlcə onu adi soyğunçu oğru kimi qəbul edir və ona tapançadan atəş açıb yaralayır. Atasının fırıldağının üstünün açılacağından qorxan qız evlərinə soxulan bu adam haqqında polisə heç bir söz demir.

Növbəti gün Bonnenin evinə muzeyin işçisi gəlir. O, Bonneyə "Venera"nın sığortası ilə bağlı milyon dollarlıq müqavilə imzalamağı təklif edir. Bonne qol çəkir və bundan sonra məlum olur ki, müqavilənin bir bəndində mütləq ekspertizanın qərarı olmalıdır. Bu fəlakət idi. Bonnenin "eyibsiz" kolleksiyası təhlükə altına düşür.

Fədakar Nikol yeganə cinayətkar tanışını bu işə cəlb etmək istəyir. Nikola xüsusi hissləri olan Saymon Bonnenin mülkiyyətini muzeydən oğurlamaqda ona kömək etməyə razılıq verir.

Saymon Nikolla birlikdə çalışqan mühafizə xidmətini və müasir siqnalizasiya sistemini nəzərə alaraq oğurluq planı qururlar. Lilend bu sənət əsərinə yiyələnmək planlarından imtina etmir. O, hətta oğurluq malı da almağa hazırdır. Saymon başa düşür ki, Lilend heykəlciyə yiyələnmək faktını sirr olaraq saxlayacaq. Belə olduqda, onla "Venera" və ya Nikol arasında seçim eləməyi təklif edir. Heykəlcik milyonçuya pulsuz verilir. Saymon və Nikol isə öz bal aylarını keçirməyə gedirlər.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Corc Bredşou
Ssenari müəllifi : Harri Kurnits
Rejissor : Uilyam Uayler
Operator : Çarlz Lanq
Bəstəkar : Con Uilyams
Prodüser : Fred Kolmar

Rollarda
Odri Hepbern – Nikol Bonne
Piter O'Tul – Saymon Dermott
Hyu Qriffit – Şarl Bonne
İlay Uollak – Devis Leyland
Şarl Buaye – de Solni
Fernan Qrave – Qramon
Marsel Dalio – cənab Paravideo
Jak Maren
Edvard Malin
Mustaş
Roje Trevill
Bert Bertam


Tarix: 19.02.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 259 Bölmə: Filimler
loading...