Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vampir Bruklində (film, 1995)

Vampir Bruklində (ing. Vampire in Brooklyn) - Ues Kreyven tərəfindən 1995-ci ildə çəkilən filmdir. Vampir rolunu Eddi Mörfi canlandırır. Filmin digər adı "Ues Kreyvenin Vampiri Bruklində" kimi səslənir.

Maksimilian (Eddi Mörfi) Karib dənizində yerləşən adaların birindən yeganə sağ qalan vampir soyunun son təmsilçisidir. Soylarnn tükənməməsi üçün kendisine bir həyat yoldaşı tapmağa qərar verir. Həmin həyat yoldaşı anası ilə əlaqədə olan başqa vampirdən olmalıdır. Bu səbəbdən Maksimilian Nyu-Yorkun Bruklin şəhərinə gəlir. Bura gəlmək üçün dənizdə üzən matrosa yaxınlaşır. Buradakı matrosları bir-bir yeməyə başlayır. Bu da insanları dəhşətə gətirir. Həmin işlə dərhal polislər məşğul olmağa başlayır. Polislərdən biri də Rita Uiderdir.

Rita gəmidə olan zaman gözünə qəribə varlıqlar görünməyə başlayır. Gözünə görünən həmin kabus qadın bədəncə onu xatırladır. Lakin Rita buna çox da əhəmiyyət vermir. Əslində Rita vampirlər nəslinə mənsubdur. Buna görə də, gözünə qəribə kabuslar görünür. Ona elə gəlir ki, beynində psixiatrik əsəb keçirməsi baş verib. Həmin proses anasında da baş verir.

Bruklində polis vəzifəsində çalışan Rita (Ancela Basset) bu hadisədən sonra gecə yuxularında qəribə varlıqlar görməyə başlayır. Həmin kabus yuxular hər gecə davam etməyə başlayır. Maksimilian Ritanın yaşadığı evi tapır və onunla əlaqə qurmağa çalışır. Bu zaman Maksimiliana köməkçi lazım olur.

Maksimilian özünə köməkçi axtarmağa başlayır. Sonda Vampir Culius Consu adında küçədə gəzən bir qaradərilini tapır. Culius nisbətən ağıldankəm adamdır. Onu öldürmək istəyən iki adamı Maksimilian həmin adamların hər ikisini öldürür. Bu səbəbdən Culius ona kömək etməyə başlayır. Lakin Culius özü də bilmədən Maksimilianın bəzi planlarını pozur. Bu da Maksimilianın çox vaxt hiddətinə səbəb olur.

Maksimilian Rita ilə görüşür. Ritanın isə onun vampir olması barədə məlumatı belə yoxdur. Heç kəsdən yox cavabı almayan Maksimilian Ritadan onu sevməsi barədə yox cavabı alır. Bu səbəbdən getdikcə Maksimilian onu özünə cəlb etməyə qərar verir. Vampirin isə Ritanı Castis (Allen Peyn) adında detektivin sevməsi barədə məlumatı yoxdur. Lakin onun üçün yalnız Ritanı özünə cəlb etmək vacibdir. Maksimilian hər nə olursa olsun, Ritanın boynundan dişləməli və nu öz həyat yoldaşı etməlidir. Bunun üçün Vampir bir sıra üsullara əl atır.

Maksimilian Ritanı şam yeməyinə dəvət edir. Şam yeməyi zamanı Maksimilian Ritanın boynundan dişləyir ki, sabahısı gecə onun yanına gəlsin. Bu sırada Ritanın dostu Castis bundan xəbər tutur. Castis Maksimilianın planını pozmağa çalışır.

Castis Karib maqı həkim Zekodan öyrənir ki, Ritanın atası vampir olub. Bu səbəbdən Maksimilian onun dalınca qayıtmışdır. Maksimilianın Ritanı boynundan dişləməsinə baxmayaraq, onu vampir halından insan halında döndərmək mümkündür. Lakin bu çox çətin işdir. Ona görə ki, Castis Ritadan ötrü Maksimilianı öldürməlidir. Castis Maksimilianın ürəyinə ağcaqovaq payası vuran zaman Maksimilian ölmür. Maksimilian da adi insanlardan çox güclü olduğu üçün Castis onunla mübarizə aparmaq gücündə deyildir. Lakin Rita öz fikrini müəyyən edir. Rita Maksimilianı öldürür və insan halına dönür.

Filmin sonunda Maksimiliana kömək etmiş və çox vaxtı onun planlarını pozan ağıldankəm Culius sahibinin qırmızı üzüyünü tapır. Bu zaman Culius insan cildində olan vampirə dönür. Deməli, Bruklinin yeni vampiri peyda olub.

Xəbərdarlığın sonu.

Maraqlı faktlar
Eddi Mörfi "Maksimilian" rolundan başqa bəzi filmlərində olduğu kimi bir çox rolları canlandırmışdır (Poli və Qvido)


Tarix: 19.02.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 277 Bölmə: Filimler
loading...