Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

13-cü Cümə 2: İkinci hissə (film, 1981)

13-cü Cümə 2: İkinci hissə (ing. Friday, The 13th. Part 2) - ABŞ rejissoru Stiv Mayner tərəfindən çəkilən qorxulu filmdir. Bu film "13-cü Cümə" film seriyalarının ikinci çəkilən filmidir. Filmin mövzusundakı baş verən əhvalatlar yenidən "Kristal gölü" ətrafında baş verir. Filmin bu seriyasında ilk dəfə olaraq Ceyson Burhiz personajı insanları öldürməyə başlayır.

Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Filmin ilk hissəsinin əhvalatlarından iki ay keçmişdir. Pamela Burhiz tərəfindən təşkil olunmuş qətl müharibəsindən sağ çıxmış yeganə gəncdir. Lakin Elisin gördüyü hadisələr bitməmişdir. Elis soyuducunun qapısını açan zaman Pamela Burhizin başını görür. Ardınca Pamela Burhizin oğlu Ceyson Burhiz Elisi vəhşicəsinə öldürür. Buradan aydın olur ki, Ceyson Burhiz düşərgədə sağ qalmışdır. Anasını öldürən Elisdən qisasını almaq üçün sudan çıxıb meşədə gizlənmişdir. Ceyson Burhiz artıq uşaq deyildir.

1984-cü il. İlk əhvalatların üzərin beş il keçmişdir. "Kristal gölü" düşərgəsi yenidən açılmışdır. Filmin ilk hissəsində olan Psixopat Ralf yenidən peyda olmuş və gəncləri bu düşərgəyə gəlməyə xəbərdarlıq etmişdir. Amma gənc heyət onu xəbərdarlıqlarını nəzərə almayıb düşərgəyə yola düşürlər. Gənc heyətə Pol adında gənc bir oğlan rəhbərlik edir. Pol düşərgədə insanlara yeganə təhlükə törədən varlığın Ayı olduğunu düşünür. Gənc heyət düşərgəyə gəlirlər. İlk gecədə Pol onlara əfsanəvi Ceyson Burhizdən danışır. Rəvayətə görə, Ceyson Burhiz hər 13-cü Cümə günü ad günündə insanlardan anasının qisasını almaq üçün ölülər aləmindən geri dönür.

Həmin gecədə çoxlu qorxunc hadisələr baş verir. Əvvəlcə Psixopat Ralf naməlum səbəbdən öldürülür. Gənc heyət üzvlərindən olan Sandra və Ceff polislərin şəxsi mülkiyyətinə girdikləri üçün həbs edilirlər. Pol polis məntəqəsindəki olan polislərdə danışıq edir və gənclərə nisbətən yüngül cəza verilir. Bu müddətdə yol polisi naməlum şəxsi təqib edir. Bir müddətdən sonra polis qatilin qurbanına çevrilir.

Bu müddət ərzində gənc heyət üzvlərinin çoxu düşərgəni tərk edib, şəhərdə keçirilən şənliyə getmişlər. Düşərgədə isə altı nəfər: Viki, Mark, Sandra, Ceff, Terri və Skot qalır. Onların hər biri qatilin qurbanlarına çevrilirlər.

Pol və Cinni düşərgəyə qayıdan zaman görürlər ki, evdəki işıqlar söndürülmüş və yataqlar qana bürünmüşdür. Bu zaman Ceyson Pola hücum edir və Cinni düşərgəyə meşədəki atılmış evə qaçır. Cinni burada Pamela Burhizin kəlləsini tapır. Yaxınlıqda öldürülmüş dostlarının ölmüş bədənləri və yoxa çıxmış Elisin ölmüş bədəni vardır. Cinni Pola hücum edən adamın Ceyson Burhiz olduğunu və hələ də "Kristal gölü" düşərgəsində sağ qalaraq meşədə gizləndiyini başa düşür. Cinni Pamela Burhizin paltarını geyinir. Cinni onu idarə etmək niyyətindədir. Lakin bu zaman Ceyson ətrafdakı anasının kəlləsini görür və Cinninin üzərinə hücum edir. Amma bu zaman evdə Pol peyda olur və Cinnini xilas edir. Onlar Ceyson Burhizin öldüyünü zənn edərək düşərgədəki evlərinə qayıdırlar. Lakin bu zaman Ceyson Burhiz evin pəncərini sındırır və onlara hücum edir. Bir müddət keçdikdən sonra Cinni ayılır və Polun harada olduğunu bilmək istəyir.


Tarix: 18.02.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 223 Bölmə: Filimler
loading...